15 C
Bakı
28 Oktyabr 2026 03:51
DünyaTəhsil

Öz qızlarını ana dilində oxutmayan İran, Azərbaycanın qızlarını nəyə çağırır?

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Azərbaycanın işinə qarışacaq axırıncı adam da deyil; ondan da sonrakıdır. Əvvəlcə elm naziri, sonra da birinci vitse-prezidenti bir-birinin ardınca qızlarımızı İrana çağırır. Guya bu ölkənin universitetlərində təhsil almağa…

Adama deyərlər, siz ara-sıra  başınıza yağan bombadan gizlənməyə bunker axtarırsınız, camaatın qız balalarını hara çağırırsınız?!

İranda da Azərbaycan var. Təəssüf ki, müstəqil deyil, ancaq müstəqil Azərbaycandan sayca çox türk var orda. Ordakı Azərbaycanın qızlarını öz dilində oxutdunuz, qaldı burdakı Azərbaycanın qızları?! Öz öz prezidentinizin ana dilində təhsil almasına icazə vermirsiniz, öz dilində danışması belə sizi qıcıqlandırır, özgənin qızlarına ana dilində təhsil verəcəksiniz?!

2026 Country İndex reytinqində Azərbaycan müasir təhsil səviyyəsinə görə 38-ci, İran isə 104-cü yerdədir. Xarici ölkələrin universitetlərində oxumaq istəyən qızlarımız Azərbaycandan öndə olan 36 ölkəni qoyub, niyə 66 pillə geridə olan İranı seçsin?!

İşinizə qarışmaq kimi çıxmasın: tezliklə Amerika yenə hücum edəcək, yaxşı olar, ölkənin, əhalinin müdafiəsi ilə məşğul olasınız. Səmimi olaraq İranın bu savaşdan sağ çıxmasını istəyirik, çünki orada 40 milyon Azərbaycan türkü yaşayır.

(Bizim Yol)

 

Tacxeber.com

Oxşar xəbərlər

Məkkədə ittifaq, Tehranda sövdələşmə: Bəs Azərbaycan?

redaktor

İsrail seçkilərinin ilk nəticələri: məğlub var, qalib yoxdur

redaktor

Konqresmenlər banklara və limanlara Rusiya dizeli ilə bağlı xəbərdarlıq ediblər

admin