Atlantik okeanında səyahət edən Hollandiya bayraqlı “MV Hondius” kruiz gəmisində baş verən hantavirus epidemiyası dünya səhiyyə qurumlarını hərəkətə keçirib.
Aprelin 1-də Argentinadan yola düşən və Antarktida istiqamətinə üzən gəmidə artıq 3 nəfər həyatını itirib, 8 nəfər isə müalicə altındadır.
Hazırda Kabo-Verde sahillərində olan gəmidəki 150 sərnişin öz kabinalarında izolyasiya edilib.
Hantaviruslar əsasən gəmiricilər tərəfindən daşınan viruslar qrupudur.
İnsanlara yoluxma adətən bu heyvanların ifrazatları ilə təmas olduqda və ya qurumuş ifrazat hissəciklərinin hava-damcı yolu vasitəsilə baş verir.
Xəstəliyin ilk mərhələsi qripə bənzədiyi üçün diaqnoz qoymaq çətindir. Yüksək hərarət, əzələ ağrıları və titrəmə ilə başlayan virus qısa müddətdə iki ağır formaya keçə bilər.
Ağciyər Sindromu – Nəfəs darlığı və ağciyərlərin maye ilə dolması. Bu zaman ölüm riski təxminən 35%-dir. Böyrək Sindromu isə Daxili qanaxma və böyrək çatışmazlığı. Bu zaman ölüm riski 1%-15% arası təşkil edir.
Hantavirusun spesifik bir dərmanı və ya pevəndi yoxdur. Müalicə əsasən xəstənin orqanizmini dəstəkləməkdən ibarətdir. ÜST rəhbəri bildirib ki, hazırda ictimai sağlamlıq üçün risk aşağıdır. (Saglamolun.az)
