DünyaSiyasət

Həmin abidəni başqa saatda ziyarət etmək mümkün deyildimi?

Azərbaycan Prezidenti İlham Əliyev ikinci ildir ki, doğru olaraq 9 may faşizm üzərində qələbə gününü Moskvada deyil, Bakıda qeyd edir, Həzi Aslanovun abidəsinə əklil qoyur.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev isə 9 may günü Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayevlə birgə Berlindəki Treptov Parkda Sovet əsgərinin abidəsi önünə əklil qoyub.

Əlbəttə, alman faşizmi üzərində qələbədə soydaşlarımızın da payı var. Cəbhəyə göndərilən 600 mindən çox azərbaycanlının yarısı geri qayıtmayıb, qəhrəmanlıq nümunəsi göstərənlər az olmayıb.

Ancaq niyə Azərbaycanın səfiri indiki həssas məqamda Rusiya imperiyasının və işğalçılığın rəmzi olan georgi lentini yaxasına yapışdıran diplomatla və arxalarında Rusiya bayraqları olanlarla bir cərgədə olmalıdır? Həmin abidəni başqa saatda ziyarət etmək və əklil qoymaq mümkün deyildimi?

Misal üçün, Azərbaycanın Almaniyadakı keçmiş səfirləri də 9 may günündə Berlindəki Treptov Parkı ziyarət edirdilər. Ancaq həmin gün səfirlərimiz Almaniya Xarici İşlər Nazirliyinin, Bundestaqın deputatları ilə parkı birgə ziyarət edirdilər. Doğru olan da budur.

Mümkündür ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Almaniya rəsmiləri və deputatları 9 may günündə həmin parkı ziyarət etmir, Qələbə gününü başqa ölkələrdə olduğu kimi 8 mayda qeyd edirlər. Belə olan halda səfirimiz Treptov Parkı ayrıca da ziyarət edə bilər, ətrafında yaxalarında georgi lentləri olanlarla birgə şəkilə düşməzdi.

Nəsimi Ağayev bir neçə gün əvvəl keçmiş Buxenvald əsir düşərgəsində İkinci Dünya müharibəsi illərində orada saxlanılmış və həlak olmuş azərbaycanlı əsirlərin xatirəsinə həsr olunmuş lövhənin açılışını etdi. Ora tək getdiyi kimi, Treptov Parka da tək gedə bilərdi.

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Kamala Harris prezidentliyə namizəd olmaq üçün lazımi sayda səs toplayıb

redaktor

Qafanda İran konsulluğu açıldı

redaktor

Azərbaycanda bu atalara MÜAVİNƏT VERİLƏ BİLƏR

redaktor