21-Cİ Əsr.. İStanbul.. 02 Oktyabr 2018. Ərəb konsulluğu içərisində edam..
Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda törədilən vəhşilik, orada jurnalistin öldürülüb doğranması bütün dünyanı lərzəyə salıb. Artıq, ipin ucu Səudiyyə kralı ailəsinədək gedib çıxır. Dünya ayağa qalxıb, dövlətlər, beynəlxalq siyasi, ictimai, iqtisadi təşkilatlar Krallıqdan hesabat tələb edir. Vəziyyət çox ciddidir. Diplomatik korpusun, konsulluğun içində edam et, adam doğra. Bu nədir? Bu harada görünüb 21-ci əsr?
Nə baş verib? Səudiyyə əsilli məşhur ərəb jurnalist yazar Camal Xaşoqqi 2017-dən ABŞ-a gedib qayıtmayıb və Vaşinqton Post qəzetində köşə yazarıdır. Səudiyyə kral ailəsini mütəmadi güclü tənqid edib. Oktyabrda İstanbula nişanlısı Xədicə Çengizlə evlənmək üçün gəlib.
2 oktyabr 2018 tarixdə Səudiyyə konsulluğuna evlilik üçün lazımi sənəd götürməyə gəlib. Saat 13:14-də içəri girəndə qayda-qanun üzrə girişdə təhvil verməli olduğundan, telefonunu bayırda gözləyən nişanlısına verib. Amma, elektron qol saatı telefonla ötürücü əlaqəli olub. Sanki İçəri girəndə təhlükə hiss edirmiş, qadına deyib ki, 4 saat gözlə çıxmasam polisə xəbər ver ki, məni tutub saxlayıblar. Və bilməyib ki, yalnız tutulub saxlanmaqla bitməyəcək iş..
Camal neçə gün öncə müraciət edib, vaxt alıb qəbula gəlmək üçün, tez ona qarşı əməliyyat planı qurulur. Həmin edam günü, 2 oktyabrda iki şəxsi təyyarə ilə Səudiyyədən içində xüsusu xidmət və kəşfiyyat zabitləri də olan 15 nəfərlik xüsusi qrup gəlir. Konsulluğun yaxınlığında 2 oteldə yerləşirlər. Və Kosulluq Camalın daxil olmasına yarım saat qalmış öz əməkdaşlarını vaxtından tez azad edib evə buraxır. Və Qrup konsulluğa daxil olur, Camal Kaşıkçını gözləyir.
Camal Xoşeqqi Konsulluğun binasına qalxır. Sənəd götürüləsi əməkdaşın otağında cəmi bir necə dəqiqə olur və birdən, həmin, 11 nəfər Səudiyyədən gəlmiş xüsusi əməliyyat qrupu, düşür bunun üstünə. Sürüyüb salırlar aşağı konsulluğun zirzəmisinə. Dərhal narkotik iynə vurub başlayırlar buna eynilə, orta əsr, “İŞİD” işgəncəsi verməyə. Əvvəl, özləri ilə gətirdikləri elektromişarla bütün o yazan barmaqları bir-bir kəsirlər. Və heç bir məlumat ya ifadə almaq istəmirlər Camaldan. Sadəcə qisas və edam.. Camalı diri-diri doğrayırlar.
Baş konsul Muhammed el-Uteybi hadisənin şahidi olur, deyir, gərək siz bayırda, haradasa edərdiniz bunu, mənə böyük problem olacaq. Bir nəfər isə deyir kəs səsini, elə etmə, ölkəyə qayıdanda edam olunasan. Təsəvvür edin ki, işgəncədə 11 qəssabın içində gøndərilmiş bir məmur, Səudiyyə Krallığının baş məhkəmə-tibb eksperti Salah el-Tubeyqi də iştirak edir deyir, musiqinin səsini artırın, igəncə alanın qışqırtısı yuxarıya, qonşuya getməsin.. (Amma eşidən konsulluq işçilər, şahidlər var) Və bütün bu olay, səslərin, hadisənin hamısını Camalın həmin qol saatı bayıra, nişanlısı saxladığı telefona ötürür, yazılır.
İşgəncə 7 dəqiqə çəkir. Sonda jurnalistin başını kəsib, bədən hissələrini də mişarla doğrayırlar. Bundan sonra həmin qrup bir neçə diplomatik maşında baş konsulun yaxındakı iqamətgahına gedir, Camalın bədən hissələrini həmin həyətdə basdırırlar. Və həmin gün Səudiyyəyə uçurlar.. Nə qədər küt, savadsız, arxayın, hər addımında arxasınca izlər buraxan kobud-naşı bir əməliyyat!
Nişanlısı yazıq da bayırda düz 11 saat gözləyir. Sonra polisə gedir və həmin telefonu da təhvil verir. Burada qəribə məsələ odur ki, Türkiyə əməliyyat və istintaqçıları 2 həftədən sonra 16 oktyabrda konsullugun ərazisinə daxil olublar. Niyə, belə gec reaksiya verilib və bu necə gündə Türkiyə-Səudiyyə arası nə danışıqlar gedirmiş? Sonra, Səudiyyə konsulu qaçıb uçub çıxıb İstanbuldan tələsik. Niyə, buna imkan verilib? Bu gün artıq konsulluqdan 2 km aralıdakı yaşam iqamətgahı yoxlanılır.
Nə isə. Səudiyyə hakimiyyəti bir-neçə dəfə bu məsələdən xəbərsiz olması barədə bəyan etsə də, artıq fakt-sübutlar qarşısında aciz qalaraq etiraf edib ki, xüsusi dəstə göndərilib Camal Xaşaqqini sorgu-sual üçün, ancaq guya bu zaman nəsə həddlərini aşıblar. Yəni, jurnalisti öldürmək planı guya olmayıb. Cəhd etdilər ki, inandırsınlar guya, Camal konsulluqdan sənəd götürüb gedib. Ancaq bayır müşahidə kamerası onun konsulluğa girdiyini göstərir, çıxdığını isə yox. Və görünür, hər şey tam sübuta yetiriləcək. Məlumata görə jurnalistin xeyli bədən hissələri də tapılıb artıq.
Səudiyyə Ərəbistanı, onun kralı multimiyarder Salman hədsiz pis duruma düşüb bütün dünya qarşısında. 11 nəfər dəstədən, artıq 5-inin Kralla yaxınlığı müəyyən olunub, ikisi xarici səfərlərində ona can güdənlik edib. Hamısının təhvili tələb edilir istintaq üçün. Beynəlxalq qurum və dövlətlər artıq Səudiyyədə keçiriləcək Ümumdünya İqtisadi Forumuna getməkdən imtina etdilər. Hələ bu nədir ki, daha qabaqda işgəncədən də betər ağır günləri, məhkəmələr, istintaqlar, sorgular, cəzaları var kralın, Krallığın.
Qoy dərs olsun, bütün, bu cür qudurgan diktatorlara və onların azğınlığına qulluq edənlərə. Bu da ərəblərin ən inkişaflı, varlı, tərbiyə-ziyarətgah dövləti.. İşgəncəyə son!
