22.5 C
Bakı
28 İyun 2026 13:16
CəmiyyətŞikayət

“PAŞA-K” dərman şirkəti bir ailəni ölümlə hədələyir – “Həyatımız təhlükədədir”

Tacxeber.comxəbər verir ki, ölkənin əczaçılıq sektorunda fəaliyyət göstərən “Paşa-K” şirkətində uzun müddət mühasib və satış təmsilçisi kimi çalışmış Babaşovlar ailəsi şok iddialarla çıxış edib. Ailə üzvlərinin bildirdiyinə görə, şirkət rəhbərliyi tərəfindən istifadə müddəti bitmiş dərmanların tarixləri saxtalaşdırılaraq yenidən dövriyyəyə buraxılır. Bu isə birbaşa ölkənin genofonduna və minlərlə vətəndaşın həyatına qəsd deməkdir.

Bununla yanaşı, şirkətdə “qara mühasibatlıq” sxeminin qurulduğu, satışların xüsusi proqramlarla gizlədilərək dövlətdən külli miqdarda vergi yayındırıldığı iddia olunur. Bu qanunsuzluqları ifşa etdikləri üçün ailəlikcə işdən çıxarılan Babaşovlar hazırda “susdurulmaq” üçün ağır təzyiqlərə məruz qalırlar. Artıq 9 aprel 2026-cı il tarixdə ailə başçısına qarşı fiziki hücumun təşkil edildiyi və hədə-qorxuların davam etdiyi bildirilir.

Yaranmış kritik vəziyyətlə bağlı Babaşovlar ailəsi Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova rəsmi müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, şirkət direktoru Elxan Rzayev, icraçı Səlahəddin Quliyev, maliyyə direktoru Murad Əhmədov və audit Vüqar Ələsgərovun rəhbərlik etdiyi qanunsuz şəbəkə özlərini qanundan üstün tutaraq şahidləri ölümlə hədələyirlər.

Şikayətçilər cənab Nazirdən bu “dərman mafiyası”nın fəaliyyətinin araşdırılmasını və ailənin təhlükəsizliyinin təmin olunmasını xahiş ediblər: “Cənab Nazir, biz Azərbaycan polisinin gücünə və Sizin ədalətinizə güvənirik. Dövlətin adından istifadə edib sadə vətəndaşlara zülm edənlərin, xalqın sağlamlığı üzərində qanlı biznes quranların qanun qarşısında cavab vermə vaxtıdır. İnanırıq ki, bu cinayətkar şəbəkənin fəaliyyətinə tezliklə son qoyulacaq”. (Bizimesr.com)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib? – RƏSMİ AÇIQLAMA

redaktor

Pensiyalar və müavinətlərlə bağlı şad xəbər – Yanvarın 1-dən artımlar olacaq

redaktor

Valideynlərin azyaşlılara etdiyi Məhərrəmlik “zülmü” – Qanun və din nə deyir?

redaktor