DünyaGündəmMuharibəSiyasət

Artıq Putin yalvarır

Zelenski deyir: İndi elə vəziyyət yaranıb ki, Rusiya bizdən asılı düşüb.

Putin əvvəlcə Trampdan xahiş etdi ki, 9 may Paradını keçirməyə Zelenski aman versin. Sonra Zaxarova vasitəsilə bildirdilər ki, Moskva Kiyevlə danışıqlara hazırdır. Zelenski 5-6 mayda atəşkəs elan etdi. Lakin Rusiya Ukraynanı hardan gəldi, necə gəldi vurdu.
İndi də Zelenski güzgü effektinə keçəcəyini bildirib, Moskvanın artıq atəşkəs elan etməsinə baxmayaraq.

9 may Rusiya üçün simvoldur. Parad yoxdursa, bayram yoxdursa Rusiya da yoxdur, Rusiyanın sonuncu dünya müharibəsindəki qələbəsi də yoxdur, müharibənin tək qalibi də yoxdur.

Amma Kremldə Putinin qulağına pıçıldayan yoxdur ki, axı ll dünya müharibəsində dağılmış və viran qalmış Ukraynanı da, xalqını da Rusiya xilas etmişdi. İndi necə olur ki, qələbə paradını vaxtilə xilas etdiyin ölkəni dağıtmaqla keçirmək istəyirsən?

50 dəqiqəlik marş, texnika yox, aviasiya yox, internet tam söndürüləcək. Xarici qonaqlar gəlməyəcək. Ukrayna dronlarının qorxusu.

Belə yerdə deyiblər: sən nə günlərə qaldın, ay Balaş…

 

Arzu Qaziyeva

Tacxeber.com

Oxşar xəbərlər

Danilov: İndi ruslara istənilən yerdə zərbə endirə bilərik

redaktor

Zaxarova Azərbaycana təşəkkür etdi: 550 Rusiya vətəndaşı…

redaktor

Tiflis qarışır: Əsas müxalif güclər nəticələri tanımadı

redaktor