CəmiyyətDünya

İranda su böhranı və kürd cəbhəsi: geosiyasətin gizli səbəbi

İrana qarşı “kürd cəbhəsi” açmaq ideyası ilk baxışda hərbi-siyasi məqsəd kimi görünsə də, məsələnin arxa planında daha strateji və həyati bir faktor dayanır: su.

Xüsusilə İran Kürdüstanı və Qərbi Azərbaycan ostanı son illərdə ciddi su qıtlığı ilə üzləşib. Minlərlə ailə suya çıxışını itirib, kənd təsərrüfatı zəifləyib, insanlar müflisləşərək daxili miqrasiyaya məcbur qalıb.

Əvvəllər kürd etirazlarında əsas tələblər dil hüquqları, məktəblərdə ana dilində təhsil, sünni məscidlərinin tikintisi və yerli idarəetmədə iştirak kimi məsələlər idi. Lakin son illərdə prioritetlər dəyişib. İndi əsas tələb sudur — içməli su, əkin üçün su və ümumilikdə yaşamaq üçün su.

Bu bölgələrdə kürdlərlə yanaşı azərbaycanlı əhali də yaşayır. İddialara görə, məhdud su ehtiyatlarının bölüşdürülməsində azərbaycanlıların daha üstün mövqedə olması narazılıqları artırır. Bunun səbəbi isə siyasi həssaslıqla izah olunur: Tehran üçün say baxımından daha çox olan və siyasi baxımdan daha kritik hesab edilən əhalinin loyallığı prioritet hesab edilir.

Beləliklə, məsələ təkcə etnik qarşıdurma və ya hərbi balans deyil. Bu, resursların idarə olunması, iqlim dəyişikliyi və daxili siyasi sabitliklə bağlı daha dərin geosiyasi problemdir. İranın qərbində baş verən proseslər göstərir ki, gələcək qarşıdurmaların əsas səbəbi ideologiya yox, su kimi həyati resurslar ola bilər.

 

Pərviz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Əvəz Zeynallının məhkəməsində mübahisə yarandı, proses təxirə düşdü

redaktor

Bakıda sürücü “moyka”nın qarşısında qəfil öldü – VİDEO

admin

Nəcməddin Sadıkovu kim qoruyur? – Polkovnik elə sirlər açdı ki…

redaktor