22 C
Bakı
01 Oktyabr 2026 20:05
DünyaSiyasət

Ərdoğan İrana xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan Türkiyə hava məkanında atılan ballistik raketin zərərsizləşdirilməsiilə bağlı açıqlama verib

Türkiyə prezidenti hərbi personalla iftarda deyib: “Regionumuzun çətin günlərdən keçdiyi bir vaxtda biz işləri təsadüfə buraxmayacağıq. Bugünkü hadisədə olduğu kimi, NATO müttəfiqlərimizlə sıx məsləhətləşmələr aparırıq, bütün lazımi tədbirləri görürük və tələb olunan müdaxiləni dərhal həyata keçiririk. Həmçinin oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün xəbərdarlıqlarımızı mümkün qədər aydın şəkildə çatdırırıq”.

İrandan atılan və İraq və Suriya hava məkanından uçan ballistik raketin Türkiyəyə doğru getdiyi aşkar edildikdən sonra Şərqi Aralıq dənizində NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Flydubai pilotu təyyarəni fəlakətdən necə xilas etdi: dramın təfərrüatları

redaktor

Hicab bəhanəsi arxasındakı hədəflər…

redaktor

205 il ərzində ilk qadın edamı

admin