Dünya

Rus hakerlər Trassın telefonunu ələ keçirdilər

Xarici işlər naziri işlədiyi dövrdə Liz Trassın möbil telefonu Kremlə bağlı hakerlər tərəfindən sındırılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.

Məlumata görə, kibercinayətkarlar telefonda olduqca qiymətli məlumatlar ələ keçiriblər.

Hakerlər beynəlxalq tərəfdaşlarla danışıqların, o cümlədən Ukraynaya silah tədarükü ilə bağlı aparılan danışıqların çox məxfi təfərrüatına, həmçinin Trass və maliyyə naziri Kvazi Kvartenq arasındakı şəxsi yazışmalara giriş əldə ediblər.

Britaniya müxalifəti Trassın telefonunun sındırılması ilə əlaqədar araşdırılma aparılmasını tələb edir.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya kütləvi hücuma keçdi, Polşa qırıcıları qaldırdı

admin

Trampın qolf oynamağı ABŞ-ni ziyana SALDI

redaktor

“Rusiya Əfqanıstanın 10 illik işğalı zamanı itirilən hərbçisindən çox itki verib”

admin