24.3 C
Bakı
12 İyun 2026 21:50
DünyaSiyasət

“İrandakı proseslər Yaxın Şərqin tarixində ən irimiqyaslı dəyişikliklər olacaq” – Amerikalı senator

İran rəhbərliyi xalqa qarşı zorakılığı davam etdirərsə, bunun ağır nəticələri olacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem “FOX News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, “ayətullahlar anlamalıdır ki, daha yaxşı həyat tələb edən vətəndaşlarını öldürməyə davam etsələr, Donald Tramp da onları öldürəcək”.

Senator qeyd edib ki, İranda böyük dəyişikliklər qaçılmazdır.

Lindsi Qrem vurğulayıb ki, qarşıdakı proseslər Yaxın Şərqin tarixində ən irimiqyaslı dəyişikliklər olacaq və bu, mövcud hakimiyyətin aradan qaldırılması ilə nəticələnəcək.

Qrem deyib ki, beynəlxalq ictimaiyyət İran xalqının tərəfindədir.

“İran xalqına yardım artıq yoldadır”, – senator əlavə edib.(APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qafarovanın Simonyana cavabı güclü və dəqiqdir

redaktor

Bayden Ukrayna ilə bağlı sual verən jurnalisti DANLADI

redaktor

Manat bu tarixdə Xankəndidə dövriyyəyə buraxılacaq

admin