DünyaSiyasət

“İrandakı proseslər Yaxın Şərqin tarixində ən irimiqyaslı dəyişikliklər olacaq” – Amerikalı senator

İran rəhbərliyi xalqa qarşı zorakılığı davam etdirərsə, bunun ağır nəticələri olacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem “FOX News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, “ayətullahlar anlamalıdır ki, daha yaxşı həyat tələb edən vətəndaşlarını öldürməyə davam etsələr, Donald Tramp da onları öldürəcək”.

Senator qeyd edib ki, İranda böyük dəyişikliklər qaçılmazdır.

Lindsi Qrem vurğulayıb ki, qarşıdakı proseslər Yaxın Şərqin tarixində ən irimiqyaslı dəyişikliklər olacaq və bu, mövcud hakimiyyətin aradan qaldırılması ilə nəticələnəcək.

Qrem deyib ki, beynəlxalq ictimaiyyət İran xalqının tərəfindədir.

“İran xalqına yardım artıq yoldadır”, – senator əlavə edib.(APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

İsveçdən sonra Hollandiyada Quranı cırıb yandırdılar – VİDEO

redaktor

Türk Hava Yolları BU REYSLƏRİ ləğv etdi

redaktor

Yelisey Sarayı Makronun gözü ilə bağlı məlumat yayıb.

redaktor