Cəmiyyət

Psixologiya inkişafın açarıdır.

Əslən yəhudi olan Tarık adlı 84 yaşlı professor psixologiyadan bizə mühazirə deyirdi.
Ailələri Osmanlı dönəmində İstanbula köçmüşdü.Ailəsində hərkəs təhsilli, müxtəlif sahələrdə qabaqcıl insanlar idi.
Bir dəfə Tarık Aydəmir hoca dərslərin birində gözəl fikir səsləndirdi.

Bir insanla münasibətlərin dərinləşir və onunla bundan sonrakı yolu dost olaraq yürümək qərarına gəlirsən.
Ola bilər ki, bu artıq ürək və beyinin birgə qərarından çıxan nəticədir.Müəyyən sınaqlardan keçirmisən və qane olub qərar vermisən ki, tanışlıq, yoldaşlıq mərhələsindən sonra daimi dostluq mərhələsini birgə yürüyəsən.
Axı tanışlıq və yoldaşlıq dönəmində insan istər-istəməz müəyyən məsafələr saxlamağa məcburdur.
Bəzən o məsafələr dost olaraq gördüyün adamın həqiqi simasını və səhvlərini öyrənə bilməyin üçün mane olur.

Hərşey , hər zaman gözəl ola bilməz.

Hər ulduzun bir sönən, yenidən parlayan və ya parlayıb daha da aydınlıq saçan dönəmi olur.

Tarık hoca bir cümlə də əlavə etdi.

Unutmayın ki, insanın ən amansız düşməni elə insan irqindən olan biridir.

Demək istədiyi bu idi ki , dost, yoldaş seçərkən doğru seçim etməyinizə bir daha əmin olun.

Şəxsi həyatda bir insan tanışlıq və yoldaşlıq mərhələsini keçdikdən sonra müəyyən kriteriyaları, sərhədləri götürüb, dostluğa mane olacaq maneələri könüllü aradan qaldırırsan.
Bu zaman gərək hisslərə qapılıb bu prosesi kortəbii etməyəsən.Belə olan halda ilk addımda uduzacaqsan.Həmin şəxs hiylə işlədər və ya komufulyaj da ola bilər.
Hisslərə qapılmadıqda isə, aradakı maneələri götürdükcə bəzən bilərəkdən kobudluq edirsən, qəlbinə yüngül toxunaraq sədaqətini yoxlayırsan, maddiyata bağlı mövzularda üstünə gedirsən və ən əsası, dərin düşüncəsini yoxlamaq üçün qəsdən özünü təktərəfli düşünən biri kimi görsədirsən.
Etdiyin bu Nəbz yoxlaması ən qısa zamanda geri dönüş edir və nəticədən məxrəci çıxarır, ona görə də növbəti addımı atırsan.

Şəxsi həyatda olduğu kimi bu proses eynən siyasi arenada da birə-bir oxşardır.

Şəxsi həyatda özəl mövzular əsas prioritet sayılır, siyasətdə isə könül və əqidə bağlılığı.

Hisslərə qapılmadan bu addımları atmağı bacardınsa, addımladığın yolun hərbir qarışına xüsusi intuisiya və istinqlə bələd olacaqsan.

Mustafası, müxalif camiədə bu qədər satqının olmasının günahkarı da özümüzük.
Hər bir partiyaya üzv qəbul edilərkən, partiyada illərini vermiş üzvlər, funksionerlər bu öhdəliyi üzərinə götürməməlidir.

Əgər siyasətdə uzun vədəli planlar qurub, üfüqə qədər uzanan yola çıxmaq istəyirsənsə, nə etməlisən?

İlk öncə dava dostlarını, silahdaşlarını düzgün seçməlisən və tanıyıb əmin olmalısan.
Müasir dövrümüzdə isə, bu çox çətindir.
Modern çağda elm və texnologiyanın inkişaf etdiyi dönəmdə yanlışa yol verməmək mümkün deyil.
Süni intellekt belə, insanın daxili düşüncələrini proqnoz edə bilməz.
Amma az yanlışın olması üçün, çox peşəkar insan resursunu ətrafında cəmləməlisən.

Bizi kimi ölkələrdə siyasi fəaliyyətə başlayıb, təşkilat, birlik, partiya yaradarkən hamı eyni səhvi edir.
İlk öncə hüquqşünas, korrektor və maddi sponsor axtarır.
Təbii ki, bunlar da önəmlidir, ancaq ilkin mərhələlərdən sonra.
Üzv qəbul etmək və bünövrəni bərkidib süqut etməz Qala inşası üçün, bu işə insan sərraflarını cəlb etmək lazımdır.

Yəni psixoloq və fizionomları.

Fizionomlar üzvləri seçərkən xarici görünüşdən kimliyini oxumalı, psixoloqlar isə daxili iç dünyasının dayanıqlığına əmin olmalıdır.

Fikrimi izah edə bildimsə, nə xoş mənə !

 

Ramin Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Tələbələrə yataqxana, dərslik və nəqliyyat üçün də kredit veriləcək? – AÇIQLAMA

redaktor

Başağrısının yayılması koronavirusun yeni mutasiyası ola bilərmi? – VİDEO

redaktor

Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxıb

redaktor