İtaliya Böyük Yeddillik qrupuna daxil olan dünyada ən yüksək həyat səviyyəsinə malik bir ölkələrdən biridir. İlk növbədə İtaliya adı gələndə yada turizm və qədim, mədəni obyektlər düşür. Sahəsi 301 min kv km, əhalisi 59 mln nəfərdir.
– Hər il İtaliyaya 50 milyondan çox turist gəlir, Bu göstəriciyə görə ölkə dünyada 4-cü yerdədir.
– Ölkə dünyada ən çox geyim brendlərinə sahibdir. Onlardan ən məşhurları bunlardır: Gucci, Prada, Versace, Dolce & Gabbana, Giorgio Armani, Salvatore Ferragamo, Roberto Cavalli, Fendi, Valentino, Trussardi, Benetton..
– Bilirsinizmi, Botticelli, Mikelancelo, Leonardo da Vinci, Donatello, Fra Angelico, Tintoretto, Caravaggio, Bernini, Titian, Raphael kimi məşhur rəssamlar italyan olublar?
– İtalyanlar violonçel, skripka və piano icad ediblər. Mexanik saat, barometr, termometr, optik şüşə və telefon da İtalyan ixtiralarıdır.
– İtalyanlar dünyanın ən bahalı və prestijli avtomobillərini istehsal edirlər. Ən məşhur brendlər Ferrari, Lamborghini, Maserati, Bugatti və De Tomaso-dur.
– İtalyan səyyahı Marko Polo Avropa üçün dondurma kəşf edib. Tarixçilər hesab edirlər ki, Marko Çindən qayıtdıqdan sonra bir neçə növ çox dadlı “dondurulmuş su” üçün reseptlər gətirib. Səyyahın özünün dediyi kimi, belə “buz sarğıları” bizim eradan əvvəl də Uzaq Şərqdə yeyilirdi. Belə bir fikir var ki, dondurmaya süd əlavə etməyi təklif edən M.Polo olub.
– 14-cü əsrin vəbadan İtaliya əhalisinin 30%-dən çoxu məhv olub.
– İtaliyanın Bolonya Universiteti Avropanın ən qədim universitetidir. 1088-ci ildə yaradılıb və heç vaxt fəaliyyətini dayandırmayıb. Yada salım ki, Azərbaycanda ilk universitet 1919-cu ildə açılıb.
– İtalyanlar həqiqətən işləməyi sevmirlər, buna görə də İtalyada çoxlu tətil günləri var
– Hətta ailələr uşağı övladlığa götürmək üçün növbəyə də dayanırlar.
– Makaron və pizza İtaliyada icad edilib. Makaronun üzərinə ketçup tökmək italiyanlar üçün təhqir hesab edilir. Onlar milli mətbəxin bu yeməyinə xüsusi ehtiramla yanaşırlar.
– İtaliyada qadınları yüksək qiymətləndirirlər – bir çox kişilər üçün ev işləri görmək, ana ilə yaşamaq və ona yemək bişirmək, paltar yumaq normaldır. Uşaqlarla oyun meydançalarında, əksər hallarda atalar gəzirlər. Hətta deyə bilərik ki, İtaliyada matriarxat vəziyyət hökm sürür. Əslində, italyan kişiləri arvadlarından çox qorxurlar. Qadınlar ərlərinə əmr edir, evə gec qayıtmasına və ya az maaşa görə onu tənbeh edirlər. Hətta onun üzünə bir şillə də vura bilirlər:). Amma qadına əl qaldırmaq yolverilməz sayılır.
– İtaliyanlar öz abidələrinə qarşı olduqca həssas yanaşırlar. Turistlərə qədim bəzi abidələrin yanında selfi çəkməyə icazə verilmir. Onlar deyir ki, telefonun şüası abidə üçün zərərlidir (Vatikan muzeyləri və Sistin kapellasında bəzən flaşla foto çəkmək qadağandır, çünki flaş işığı freskalara zərər verə bilər)
– İtaliyada 500-dən çox vulkan var.
Onlardan 3-ü – Etna, Vezuv və Stromboli – aktiv vəziyyətdədir. Vezuv vulkanı eramızın 79-cu ilində Pompey şəhərini məhv etmişdi və bu hadisə hələ də dünyanın ən məşhur vulkan partlayışı hesab olunur.
– İtaliyada 1500-dən çox pendir növü istehsal olunur.
Parmesan, Mozzarella, Ricotta, Gorgonzola, Pecorino kimi dünyaca məşhur pendirlər hamısı İtaliyaya məxsusdur. Maraqlıdır ki, bu pendirlər ölkənin müxtəlif bölgələrində fərqli qaydalarla hazırlanır və hər biri “orijinal mənşə sertifikatı” ilə qorunur.
– İtaliya Avropada ən çox UNESCO Mədəni İrsi obyektinə sahib ölkədir.
Hazırda İtaliyada 60-dan çox belə obyekt var. Roma, Florensiya, Venesiya, Pisa, Neapol, Verona və Pompey kimi şəhərlər bu siyahıya daxildir.
– Roma şəhərində qazanların suyu içməyə yararlıdır.
Şəhərdə 2500-dən çox “nasone” adlanan kiçik ictimai bulaq var. Roma sakinləri və turistlər bu bulaqlardan rahatlıqla içməli su içə bilirlər.
– İtaliyada insanlar çox uzunömürlüdür.
Xüsusilə Sardiniya adası dünyada “mavi zona” kimi tanınır — yəni insanların yüz yaşa qədər yaşadığı yerlərdən biridir. Burada qidalanma, təbii həyat tərzi və ailə bağları uzunömürlülüyün əsas səbəbləridir.