CəmiyyətHadisə

Arıqlamaq üçün sirkə turşusu içən kişi həyatını itirdi

Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb

Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Yusif Aydəmir oğlu Əlixanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, o, arıqlamaq məqsədilə sirkə turşusu qəbul etdikdən sonra halı pisləşib. Y.Əlixanov əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Kliniki Toksikologiya Mərkəzinin reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, Yusif Əlixanov reanimasiya şöbəsində həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Moskvada İsgəndər Xəlilovun oğlunun da şirkətinə basqın edilib

admin

Azaraq Ermənistana keçən hərbçimizə qarşı cinayət təqibi dayandırıldı

redaktor

Azərbaycanda sayt rəhbəri həbs edildi

redaktor