CəmiyyətHadisə

Arıqlamaq üçün sirkə turşusu içən kişi həyatını itirdi

Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb

Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Yusif Aydəmir oğlu Əlixanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, o, arıqlamaq məqsədilə sirkə turşusu qəbul etdikdən sonra halı pisləşib. Y.Əlixanov əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Kliniki Toksikologiya Mərkəzinin reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, Yusif Əlixanov reanimasiya şöbəsində həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Şəmsəddin Hacıyevdən keçmiş kürəkəninin toy mərasimi ilə bağlı AÇIQLAMA – “Bu, axmaq hərəkətdir”

redaktor

12-ci əsrin təəssübü, 21-ci əsrin biganəliyi.

redaktor

Bakıda toy günü gəlin qayınana ilə davaya çıxdı – Video

redaktor