CəmiyyətHadisəKriminal

Aparıcı Firuzə Cəlilovanın bağ evi ilə bağlı iddialara DİN-dən açıqlama.

Aparıcı Firuzə (Fira) Cəlilovanın Novxanıdakı bağ evinə basqın edilməsi barədə paylaşımına Daxili İşlər Nazirliyi münasibət bildirib.

Tacxeber.com xəbər verir ki, aparıcı noyabrın 26-da saat 22:00 radələrində beş avtomobillə gələn təxminən 15 nəfərin evinə daxil olduğunu iddia edib. Onun sözlərinə görə, evdən üç mobil telefon, ümumilikdə 30 min manat dəyərində zinət əşyaları, müşahidə kameraları və digər elektron avadanlıqlar götürülüb. Cəlilova hadisənin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyənləşdirilib. Nazirliyin məlumatına əsasən, istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə. Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

DİN araşdırmanın davam etdiyini açıqlayıb. Nazirliyin yayımlanan məlumatında aparıcının əşyaların götürülməsi ilə bağlı iddialarına ayrıca münasibət bildirilməyib.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Beşiktaş” oyunundakı hadisələrdən sonra 16 nəfər saxlanılıb — Gürcüstan açıqlama verib

admin

Törətmədiyi bir əmələ görə 72 yaşlı vəkilə 7 il iş verdilər

redaktor

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor