Özbəkistan Xarici İşlər Nazirliyi rəsmi müraciətlə çıxış edərək oktyabrın 29-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatı Zirvə Görüşünün təxrə salınmasını istəyə bilər. Daşkənd 2027-ci ildə Türk Dövlətləri Təşkilatına sədrliyinin Özbəkistana keçməsində maraqlıdr.
Gələn il Özbəkistan Müstəqil Dövlətlər Birliyinə sədrlik edəcək. Daşkənd Türkiyə istisna olmaqla TDT-nin üzv olan dövlətlərin eyni zamanda MDB-nin üzvü olmasına görə hər iki regional birliyinin sammitlərinn ardıcıl təşkil edilməsində maraqlıdır. Bu Özbəkistanın beynəlxalq aləmdə nüfuzun artmasına müsbət təsir edər.
Türk Dövlətləri Təşkilatına sədrliyinin Özbəkistana keçməsi üçün oktyabrın 29-da Ankarada keçiriləcək sammit təxrə salınmalı, yeni sammitin Daşkənddə keçirilməsi ilə bağlı razılıq əldə olunmalıdır. Çox böyük ehtimalla Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidovun Bakıya səfəri də bununla bağlı olub. Çox güman ki, Özbəkistan Azərbaycanın da dəstəyini qazanaraq gələn il MDB ilə yanaşı TDT-yə sədrlik niyyətini həyata keçirməyə çalışır.
