Şəkidə 8 sentyabr 2026 tarixdə, “Şəki yaylası” deyilən istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hündür kanatdan oturacağın düşüb yerə çırpılması hadisəsində iki nəfər dincəlməyə getmiş turist gənc faciəli surətdə həyatını itirib:
1999-cu il təvəllüdlü Ucal Bayramov və 1995-ci il təvəllüdlü Coşqun Məmmədzadə. Həlak olan gənclərin əzizləri, yaxınları insanlıq hissi olan hər bir həmvətən üçün ağır və üzücü hadisədir.
Mediasytların xəbərlərinə görə istifadə edilən kanat sistemi bərkidilən metal konstruksiya deformasiyaya uğrayıbmış. Nəticədə isə əsas mexaniki qurğu kanatdan, trosdan çıxıb, əlavə təhlükəsizlik avadanlığı zədələnib və bu hər iki şəxs hündürlükdən yerə düşüb, hadisə yerində ölüb. Hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və başqa ekspertizalar təyin edilib. Qeyd edim ki, bu tip hadisədə tibbi ekspert rəyindən də çox, texniki- təhlükəsizlik ekspertuza rəyi daha diqqət çəkir.
Xəbərlərdə deyilir ki, faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə, yəni iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq faktı üzrə cinayət işi başlanıb və ibtidai istintaq aparılır. Hadisənin başvermə səbəbləri və şəraiti, kanar qurğusunun texniki vəziyyəti, istismarının təhlükəsizlik tələblərinə uyğun olub-olması və digər hallar araşdırılır.
Bu xəbərləri media hüquq-mühafizə orqanının yayımına istinad edərək yazdığı və orqanların özündən yayıma rast gəImədiyim üçün, rəsmi mötəbər sayılan Az.Tv-ın şərhi süjeti izlədim.
Baxmamış.olaydım. Dövlət televiziya müxbiri, araşdırma işini rəsmi aparan hüquq-mühsfizə orqanlarını, bu sahə üzrə ixtisaslı insanları və mütəxəssis ekspertləri qabaqlaysraq, sanki hadisəni tələsik bir “malalama” xətti götürüb. Mətbuat orqanı olaraq, öz səlahiyyət həddini aşaraq xalqa, cəmiyyətə öncədən “ekspertlik” etməklə bu statusda da yanlış fikirlər aşılayır.
Əsas məsələ sayılan, faciənin səbəbini külək əsməkdə, trosun qırılmamasını da vurğulayıb, rolikin trosdan çıxmasında izah edir xalqa. Nə fərqi var təqsir üçün, tros qırıldı, ya rolik çıxdı?
Əvvəla, həmin vaxt orada normal və sağlam qurğuda oturacağı trosdan çıxartma dərəcə külək qasırğa fəlakəti olsa, ətraf zona evlərə, təsərrüfata şiddətli ziyanlar olardı, sinoptiklər, mətbuat, yayardı və bütün ölkə bunu bilərdi.
İkinci, belə külək var idisə və qurğusu küləyə davamsızsa, camaat kanata niyə buraxılırdı? Təlimat var, bu barədə kanat idarə edənlərdə? Üçüncüsü də o nə kanatdır ki, külək əsən kimi qurğu rolik trosdan çıxır? Bunu TV-dən xaricdə beynəlxalq səviyyədə eşidib gülərlər. Bu, adını da beynəlxalq dillə “Zipline” qoyduqları qurğu, hansı beynəlxalq standarta uyğun istifadə ilə quraşdırılıb bəs? Və TV-lər öncədən istintaq, araşdırma işinə gərək qarışmayıb, ixtisassız olaraq cəmiyyəti yaxşı olar ki, çaşdırmasınlar.
Qaldı, qəzanın səbəbi.
Qəza hadisələrində səbəb kimi, ümumən, üç əsas faktordan birisi bilinir: 1. Texniki faktor, 2. İnsan faktoru, 3. Kənar təbii faktor-fəlakət.
Fikrimcə təbii fəlakət, qasırğa bu hadisədə tam istisna olunur. Qalır, texniki faktor və bu texniki standartı pozan insan faktoru. Yəni ki, texniki qaydalara, standartlara riayət etməyən, istirahət mərkəzinin texniki işçi, kainat idarəçisi və həm mərkəzin rəhbərliyi sorğulanmalıdır bu faciənin baş verməsində səbəbkar kimi. Ehtimal budur.
Aparılan istintaqın gedişi və nəticəsinə baxaq.
Ümumiyyətlə, vətəndaşın qədri bilinən ölkədə insan ölümünü “küləyə verib” belə ucuz tutmaq olmaz. Bir insan, bir vətəndaşın itkisi, xalqdan, cəmiyyətin olduğu kimi də, dövlətdən itkisidir, geniş və dərin düşünsək. Bizim Azərbaycanda isə, belə səhlənkarlıq, ya da, mənfəəti xatirinə insanları ölümə vermək halları təəssüf ki, son vaxtlar xeyli çoxalıb. İnsanlar heç nədən gedir.
Açıq deyək, bu qəzalı hadisələri araşdırna üzrə aidiyyəti orqan, prokurorluğun da, bu hadisələrə kifayət qədər müvafiq dolğun yanaşmama suçu da vardır, bu halların artımında. Qətl, ya xəsarət yetirmək deyil, istehsalat ölüm, travmasıdı deyə, yüngül yox, eyni sərt yanaşlıma olsa, müəssisə rəhbərlərində də, bu sahədə təhlükəsizlik işini çox ciddi tutma məsuliyyəti (qorxusu) yaranar.
Hansı müəəsisə, bina tikinti rəhbəri həbs edilib işçi, fəhlə qəzası, ölümü, ya travması ilə bağlı? Görək, inciklik olmasın, tənqidsiz düzələn deyil. Qazda, suda boğul, lyuka düş, kanatdan aş, öl?
