16 C
Bakı
26 Oktyabr 2026 21:30
DünyaHadisə

Odessa limanı yaxınlığında bir gəmiyə dron hücumları nəticəsində Azərbaycan dənizçiləri həlak olub

“Azərbaycan Dənizçilərinə Dəstək” ictimai təşkilatının məlumatına görə, Qara dənizdə gəmiyə edilən dron hücumları nəticəsində iki Azərbaycan dənizçisi həlak olub.

Məlumata görə, göyərtəsində dörd Azərbaycan vətəndaşının olduğu TEDY yedək gəmisi Odessa limanı yaxınlığında dronlarla hücuma məruz qalıb.

Gəmi Mert Marine Corporation şirkətinə məxsusdur və Somali bayrağı altında üzür. Gəmidə dörd Azərbaycan vətəndaşından əlavə, üç Türkiyə, iki Almaniya və bir Ukrayna vətəndaşı da olub.

İlk hücumdan sonra zədələnmiş yedək gəmisi Konstansa limanına doğru hərəkət etdi, lakin yol boyu daha iki dron zərbəsinə məruz qaldı.

Nəticədə, Azərbaycan dənizçiləri Aslan Əliyev və Asim Qasımov həlak olublar. Digər iki Azərbaycan vətəndaşı yanıq xəsarətləri alaraq Odessada xəstəxanaya yerləşdirilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Benyamin Netanyahunun sabahkı seçkilərdən sonra da baş nazir qalma şansı var

redaktor

Azərbaycan Cənubi Qafqazın yeni geosiyasi mərkəzinə çevrilir

redaktor

Doğrudan da, komediyadır!

redaktor