24 C
Bakı
10 Sentyabr 2026 13:07
DünyaKriminal

11 sentyabr hücumlarının əsas təşkilatçısının məhkəməsi yenə təxirə salındı

Quantanamo hərbi tribunalının hakimi, ABŞ HHQ-nin polkovnik- leytenantı Maykl Şramanın sözlərinə görə, 11 sentyabr 2001-ci il hücumlarının əsas təşkilatçısı hesab edilən Xalid Şeyx Məhəmməd 5 iyun 2028-ci ildə (!!!) məhkəmə qarşısına çıxacaq.

Prokurorlar məhkəmənin daha əvvəl – 2027-ci ildə keçirilməsini təklif etmişdilər, lakin Şrama bütün hüquqi mübahisələrin, xüsusən də məhkəməyə təqdim edilə biləcək dəlillərlə bağlı mübahisələrin o vaxta qədər həll olunmayacağına qərar verdi.

Xalid Şeyx Məhəmməd 1 mart 1964-cü ildə Pakistanda Küveyt əsilli ailədə doğulub. ABŞ-da mühəndislik ixtisası üzrə ali təhsil alıb. Əfqanıstandakı müharibələrdə iştirak etmiş, daha sonra Üsamə bin Ladinin yaxın silahdaşlarından birinə çevrilmişdir. Əl-Qaidə terror təşkilatının yüksək vəzifəli üzvü olub. O, həmçinin müxtəlif illərdə dünyanın bir çox şəhərində, o cümlədən Azərbaycanda İsrail səfirliyinə qarşı terror hücumu planlaşdırdığını etiraf etmişdir. 2003-cü ilin mart ayında Pakistanın Ravalpindi şəhərində MKİ (CIA) və Pakistan xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində həbs edilib. 2006-cı ildən Quantanamo həbsxanasında saxlanılır.

2007-ci ildə o, günahını tam etiraf etdi və “11 sentyabr əməliyyatına A-dan Z-yə qədər cavabdeh olduğunu” bildirdi. Hətta edam cəzasına məhkum edilməmək və əvəzində ömürlük həbs cəzası almaq müqabilində məhkəmədə günahını açıq şəkildə etiraf etməyə razı oldu.

Lakin sonradan məlum oldu ki, 2003-cü ildən 2006-cı ilə qədər Xalid MKİ-nin həbsxanalarında saxlanılarkən işgəncələrə, o cümlədən yuxusuzluq, su ilə boğulma, döyülmə və sair kimi hallara məruz qalıb – bu cür işgəncə tədbirlərinin 183 (!!!) nümunəsi qeydə alınıb. Məhkəmə işgəncə altında alınan etirafların belə bir razılaşma üçün əsas təşkil edə bilməyəcəyinə qərar verib və onu ləğv edib. Əslində, məhkəmədə hansı ifadələrin qəbul edilə biləcəyini və qəbul edilə bilməyəcəyini müəyyən etmək zərurəti işin gecikməsinə səbəb olub.
______
Bunlar xəbərlərdən və internetdən seçmələrdir. İndi isə xəbərə şərhimi yazım.

Xalid, böyük ehtimalla, MKİ agenti olub. ABŞ-da mühəndislik təhsili zamanı ona diversiya, terror və s. əməliyyatların texniki tərəfləri öyrədilib. Sovet ordusuna qarşı vuruşub. Nə qədər ki Sovet ordusuna qarşı vuruşurdu, MKİ-nin sevimlisi olub.

Sovetlər Əfqanıstandan çıxandan sonra MKİ-nin digər agenti bin Laden ABŞ-a qarşı çıxışlar etməyə başladı. Məncə, MKİ Xalidi bin Ladenin yaxın adamı etmişdi ki, həm də ona nəzarət etsin, gizli planları haqda MKİ-yə məlumat versin.

2001-ci il 11 sentyabrda ABŞ-da əkiz qüllələr partladıldı və bunu bin Ladenin boynuna qoydular. 2003-cü ildə Xalidi tutdular. 2011-ci ildə MKİ bin Ladeni Pakistanda öldürdü (?).

Xalid 3 il MKİ-nin həbsxanalarında saxlanıldı. Bu müddət ərzində MKİ ona işgəncələr verməklə 9/11 terrorunu boynuna götürməyə məcbur etməyə çalışdı. Məcbur edə bildilər, lakin onun bunu işgəncələr altında etdiyi aşkar olundu və MKİ-nin səyləri puç oldu. Məncə, Azərbaycanda İsrail səfirliyini partlatmaq planı da bu qəbildəndir. İşgəncə altında o hətta Marsdakı İsrail səfirliyini də partlatmaq planlarının olduğunu da etiraf edə bilərdi.

2006-cı ildən Xalidi Quantanamo hərbi həbsxanasına köçürtdülər. Bu həbsxana ABŞ qanunlarından, daha doğrusu, hər hansı qanundan kənarda fəaliyyət göstərir. Burada dustaqlara qarşı istənilən qanunsuzluq edilə bilər və heç kim buna görə məsuliyyət daşımır – bircə mətbuat bilməsin. Aydındır ki, Xalidi burada da işgəncələrə məruz qoyublar.

İndi təsəvvür edin: 23 ildir bu adama işgəncələr verirlər ki, 9/11 terrorunu boynuna alsın və bu zaman MKİ agenti olduğunu deməsin. Bu bir rəzalətdir! Yəni bu terroru həqiqətən də Xalid hazırlasaydı, onun etirafından başqa da dəlil-sübutlar olmalı idi. Və əgər onlar olsaydı, heç Xalidin etirafına da ciddi zərurət olmazdı. Xalidin məhkəməsi isə heç 2028-ci ildə də olmayacaq. O elə həbsxanada da öləcək.

26 ildir ABŞ məhkəmə qarşısında sübut edə bilmir ki, 9/11 terroru hansısa qrup tərəfindən hazırlanıb və həyata keçirilib. Aydın deyilmi ki, ABŞ-dan kənarda belə bir qrup olmayıb?!

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Hakan Fidan istefaya göndəriləcək?

redaktor

Zelenskinin təyyarəsi az qala dron tərəfindən vurulacaqdı

redaktor

İran ABŞ bazalarını çökdürürmü?

redaktor