15 C
Bakı
05 Oktyabr 2026 10:33
Mədəniyyət

Sən görən dünyadı, Cavid Əfəndi…

Sumqayıt Dövlət Teatrının aktyoru İzammədin Bağırovun Hüseyn Cavidə yazdığı şeir

Cavid Əfəndi

Sən görən dünyadı, Cavid Əfəndi,
Heç nə dəyişməyib köhnə dünyada.
Şeytanın qurduğu bu tamaşada,
Özü baş roldadı səhnə dünyada.

İblislər dünyanı basıb bürüyüb,
Pul adlı bir şeytan əzir insanı.
Fironun sümüyü bəlkə çürüyüb,
Hələ ruhu gəzir insanı.

Dəvə kin saxlayıb nər yatağında,
İlanlar qıvrılır zər yatağında,
Yaltaq ruhun satır sər ayağında,
Dözür, naəlacdı, dözür insanı.

Əfəndim, bəs hara gedir bu bəşər?
Yiyəsiz at kimi minib xeyri-şər.
Görünmür gözünə axirət, məhşər,
Şeytan xısın-xısın süzür insanı.

Sən görən dünyadı, Cavid Əfəndi,
Heç nə dəyişməyib köhnə dünyada.
Allahın qurduğu bu tamaşada
Yenə şeytan baş roldadı səhnə dünyada.

 

İzammədin Bağırov

Tacxeber.com

Oxşar xəbərlər

“Ədəbiyyatı Səməd Vurğunlardan qoruyaq…” — Emil Rasimoğlu yazır…

redaktor

Kürsü qəsbkarı Anarın növbəti “İNTİHARI”… – EMİL RASİMOĞLU yazır…

redaktor

Ziyalının rüsvayçılığı

redaktor