29 C
Bakı
18 Avqust 2026 17:33
Siyasət

Putinlə İlham Əliyev arasında növbəti “qarşıdurma” şousu?

Sanksiyalardan yayınıb, Putinə pul vermək, onun neftini-qazını satmaq üçün ən ideal yol hansıdır?

Qərb burada nəyə ümid edir? Yoxsa, onlara da bu tamaşa maraqlıdır?

Cənubi Qafqazda siyasi səhnə yenidən diqqət mərkəzinə çevrilib. Moskva ilə Bakı arasında sərt ritorikanın artması və tərəflərin bir-birinə qarşı fərqli mesajlar verməsi yeni siyasi gündəm yaradıb. İlk baxışdan bu görüntü ciddi qarşıdurma təsiri bağışlaya bilər. Lakin regionun son illərdəki siyasi təcrübəsi daha soyuqqanlı yanaşma tələb edir.

Gəlin, bitdə – bitdə aydınlaşdıraq.

Putin və İlham Əliyev arasındakı münasibətlər uzun müddətdir yalnız açıq bəyanatlarla ölçülə biləcək qədər sadə deyil. Rusiya Azərbaycanın, Azərbaycan isə Rusiyanın regiondakı maraqlarını nəzərə almağa məcbur olan aktorlardır. Onlar arasında Rusiyanın Ukraynaya təcüzvüzdən 20 saat öncə imzalanmış “müttəfqilik sazişi” (ağa və vassal) hələ də qüvvədədir. Elə ötən ay İlham Əliyevlə Putin arasında olan telefon danışığının mətnində də onlar qeyd edirdilər ki, biz bu müttəfiqliyi daha da dərinləşdirmək üçün praktiki addımlar atırıq. Azərbaycanda 355 rus təhsil müəssisəsi hələ də pırıl-pırıl işləyir. İlham Əliyev hələ də evində rusca danışır, kürəkəni rusca açıqlama verir, nəvələri hər gün açdıqları obyektlərində qobaqlarını rus dilində qsrşılayırlar.

Rusiyanın əlində isə Heydər Əliyevin qatbaqat kompotomatlarla dolu minlərlə dosyesi var, İlham Əliyevin Moskovada kozinolarda və s. yerlərdə çəkilmiş “milli arxivi” yatır Kremilin qan daman divarlarından bir neçə km məsafədə.

Bu səbəbdən sərt açıqlamaların arxasında real siyasi ziddiyyətlərin olub-olmaması, yaxud bunun daha geniş diplomatik hesablamanın bir hissəsi olması ayrıca sualdır.

Bu gün Qərb üçün əsas məsələ təkcə Moskva ilə Bakı arasında hansı sözlərin deyilməsi deyil, həmin sözlərin arxasınca hansı addımların gələcəyi olmalıdır. Çünki siyasi ritorika ilə real siyasət arasında bəzən böyük məsafə olur. Amma biz bildiyimizi Qərb bilmir düşüncəsi ilə məsələyə yanaşanda görürsən ki, nədənsə burada pazəllar yerinə oturmur. Görünən odur ki, Rusiya ilə Azərbaycan arasında yaşanan bu “qarşıdurmalar” ən azından bu mərhələdə elə Qərbin də maraqları ilə üst-üstə düşür.

Əgər tərəflər həqiqətən qarşı-qarşıya dayanıbsa, bunun konkret nəticələri görünməlidir: siyasi, iqtisadi və diplomatik münasibətlərdə real dəyişikliklər, yeni qərarlar və praktiki addımlar. Əks halda, sərt bəyanatların yalnız ictimaiyyətə və xarici auditoriyaya hesablanmış siyasi mesaj olması niyyəti siyasətə təsadüfən gələn insanları aldada bilər.

Elmi, siyasi, diplomatik, beynəlxalq, analitik və məntiqi verilənləri bir yerə toplayıb məlumat emal etməyə çalışdıqca belə bir mənzərə ortaya çıxır:

Azərbaycan-Rusiya münasibətlərində həqiqətən yeni mərhələ başlayıb yoxsa Qərbə “müstəqil və Moskva ilə qarşıdurmada olan Bakı” görüntüsü nümayiş etdirilir?

Cavabı emosional bəyanatlarda deyil, konkret siyasi addımlarda axtarmaq lazımdır.

Çünki beynəlxalq siyasətdə kameralar qarşısındakı əl sıxmalar qədər, kameralar arxasında atılan addımlar da əhəmiyyətlidir.

Cənubi Qafqazda isə bu pərdəarxası siyasətin nəticələri təkcə region ölkələrinin deyil, Avropanın və bütövlükdə Qərbin təhlükəsizlik maraqlarına birbaşa təsir edir.

Bu səbəbdən Putinlə İlham Əliyev arasındakı növbəti “qarşıdurma” görüntüsünü dəyərləndirmək üçün yalnız səhnə önündən baş verənlərə baxmaq kifayət deyil. Bu gün səhnədə nümayiş etdirilənlər gələcəkdə real siyasi kursa çevriləcəkmi, yoxsa növbəti siyasi tamaşa yalnız auditoriyanı dəyişmək üçün qurulub?

Bunu isə zaman o zaman göstərəcək ki, biz yuxarıda sadaladığımız – Rusiyanın əlində olan kompromatlar danışmağa və İlham Əliyevin “müttəfiqlik” sazişi birtərəfli qaydada ləğv olunmağa, Azərbaycandakı rus məktəbləri bağlanmağa və İlham Əliyevgil evdə rusca danışmağı tərgitməyə doğru gedəcək.

 

Qulu Məmmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Çox pis qonşu…

redaktor

Şovinizmin dili Rusiyada “pandoranın qutusu”nu açdı

redaktor

Rusiya Xəzər dənizi vasitəsilə İranı silahlandırmağa başlayıb

redaktor