Azərbaycan əsgəri Nəsimi Musayevin Laçında yerləşən hərbi hissəni tərk edərək, Ermənistan ərazisinə keçməsi və oradakı baş verən olaylar barədə rəsmi xəbərlər və sakinlərin, şahidlərin də ifadələri ilkin olaraq belə bir qənaəti yaradır.
Nəsimi ya psixi problemli olub, ya da, psixoloji müvəqqəti stress mənşəli emosional anlaqsız durumda olub. Onun Ermənistanın içərisindəki davranışında diversiya, təxribat, terror, ya qisas motivli əməl olmayıb. Öldürmə niyyəti olmayıb, olsaydı, avtomat silahı ilə çox tələfat törədərdi.
Əsgərin 20 km Ermənistan içərsində irəliləyib, kəndinə çatıb, sakitcə və etinasız, sanki, öz evi kimi bir evə girib, yorğun yıxılıb yatıb (deyilənə görə hələ xörək də tapıb yeyib), sonra isə, onu oradan qovanda gedib, yenidən, başqa bir evə girib yatması və nəhayət, orada da polisə heç müqavimətsiz təslim olması kimi motivsiz və mənasız hərəkət, davranış psixoloji qüsurdur!
Belə bir qüsurla bu əsgər bəlkə də heç hissəni tərk edərkən, Ermənistan tərəfə keçdiyini hiss etməyib, elə bilib Azərbaycan kəndidir, girdiyi evi də yəqin ki, öz ata, ya yaxın evi hesab edib.
Qaldı ki, bir qadını silahla ayağından yaralama hərəkəti, yəqin ki, qadın da onu evə girən oğru, ya “bandit” hesab edərək, müdafiə məqsədi ilə yatdığı vaxt üstünə bıçaqla gələndə, (deyilənə görə, az yaralayıb da) həmin psixoloji durumlu əsgər də yəqin ki, nişan və nizamsız atəş açıb. Öldürə də bilərdi, aqressiv xarakter, fikirli olsa!
Fikrimcə, Ermənistan tərəf obyektiv araşdırma ilə bütün bu hal, məqamları diqqətə alıb, əsgər Nəsimi Musayevi Azərbaycana geri verməlidir. Azərbaycan tərəf, prokurorluq isə, araşdırmalı ki, əsgər psixi problemlidirsə, niyə hərbi hissə, təmasda olan komandirləri bunu görməyib, ya əsgərdə müvəqqəti və stressli emosional “srıv”, pozuntudusa, ona niyə, hansı təzyiqdən olub?
