Mətbuatın məlumatına görə, 30 sentyabrda Dubaydan Tel-Əvivə uçan “Flydubai” (reys FZ1073) sərnişin təyyarəsində terror aktına cəhd oldu.
Təyyarədə olan 174 sərnişindən 166-sı (yəni demək olar ki, hamısı) İsrail vətəndaşı olub. Onların arasında həmçinin həm İsrail, həm də ABŞ (ikili) vətəndaşlığı olan 4 nəfər, BƏƏ, Avstraliya (2 nəfər) və Hindistan vətəndaşları da var idi.
Təyyarənin kapitanı pilot Smit Maçhar Hindistan, ikinci pilot isə Oman vətəndaşıdır.
Hadisənin bu günə məlum olan təfərrüatları:
Təyyarə havada ~10.000 metr hündürlükdə uçarkən ikinci pilot gözlənilmədən kapitana hücum edib və onu bıçaqlayıb. İstintaqın ilkin rəyinə əsasən, bu məqsədlə aeroport təhlükəsizliyindən gizlin keçirilən silahdan deyil, kommersiya təyyarələrinin kabinəsində qəza halları üçün məcburi şəkildə saxlanılan təcili yardım baltasından və ya kəsici alətdən istifadə oluna biləcəyi araşdırılır.
İkinci pilot kapitanın baş, boyun və əl nahiyələrinə ağır kəsici zərbələr endirib. Kapitan Maçhar bildirib ki, zərbələrdən sonra o, qan içində kabinənin döşəməsinə yıxılıb, lakin ikinci pilot yerdə də ona hücum etməyə və zərbələr endirməyə davam edib. Sonradan içəri girən sərnişinlər hücum edənin kapitanın üzərinə çıxaraq, onu qəddarcasına bıçaqladığını gördüklərini bildiriblər.
İkinci pilot kapitanı tamamilə sıradan çıxardıqdan sonra təyyarənin idarəetmə sisteminə (şturvala) müdaxilə edib və təyyarəni kəskin eniş rejiminə keçirib. Təyyarə cəmi 0,5-1 dəqiqə ərzində sürətlə ~5.000 metr hündürlük itirib.
Döşəmədə yaralı halda uzanan kapitan təyyarənin sürətlə yerə doğru şığıdığını və hündürlük itirdiyini hiss edib. O özünün və sərnişinlərin ölməsinə imkan verməmək üçün son gücünü toplayıb və ikinci pilotun zərbələrinə baxmayaraq, qapının idarəetmə düyməsinə tərəf uzanaraq, kabinənin zirehli qapısını içəridən kiliddən çıxara bilib.
Kabinəyə ilk daxil olan sərnişin Yaniv Hayun (İsrail vətəndaşı, santexnik) olub. O, ikinci pilotu boğucu fəndlə zərərsizləşdirdikdən sonra dərhal şturvalın arxasına keçib və təyyarəni kəskin enişdən çıxarmaq üçün şturvalı geriyə çəkib. Təl-Əvivdə baş nazir Netanyahu ilə görüşərkən təyyarəni idarə etməyi haradan bildiyi soruşulduqda Hayun: “Mən mütəmadi olaraq National Geographic telekanalında “Aviasiya qəzalarının araşdırılması” (Air Crash Investigation) sənədli filmini izləyirəm, cənab baş nazir” deyə cavab verib. O, həmçinin köməkçi pilotun zərərsizləşdirildikdən sonra ingiliscə “Məni öldürün, məni öldürün” deyə qışqırdığını bildirib.
Yanivdən sonra kabinəyə digər sərnişinlər – Zvika Manes (İsrail vətəndaşı, bank rəhbəri) və Asaf Radjuan (diş həkimi) daxil olublar. Onlar birlikdə aqressiv pilotu yerdə sıxıb saxlayaraq, onun əllərini sərnişin qulaqlıqlarının naqilləri ilə bağlayıblar.
Daha sonra kabinəyə sərnişin Şota Musayev (İsrail vətəndaşı, həkim) daxil olub. O, təyyarə havada olarkən yaralı kapitana ilk tibbi yardımı göstərib, başından və əllərindən ağır bıçaq xəsarətləri alan Maçharın qanaxmasını dayandırıb və onun enişə qədər sağ qalmasına kömək edib.
Təsadüfən sərnişinlər arasında həmin vaxt növbədə olmayan iki “Flydubai” pilotu da olub. Yaniv təyyarəni düzəltdikdən dərhal sonra onlar kabinəyə daxil olub və idarəetməni təhvil alıblar. Onlardan birinin Böyük Britaniya vətəndaşı olan Ceyms adlı pilot olduğu bildirilir. Onlar hava hərəkətini idarəetmə mərkəzi ilə əlaqə yaradaraq, təyyarəni uğurla S.Ərəbistanının Təbuk hava limanına endiriblər.
S.Ərəbistanı DİN-in verdiyi məlumata görə, Təbukda ilkin tibbi yardımdan və sorğu-sualdan sonra, cinayəti törədən köməkçi pilot xüsusi mühafizə qrupunun müşayiəti ilə BƏƏ-yə (Abu Dabiyə) təhvil verilib. Təyyarə BƏƏ-yə məxsus olduğu üçün əsas cinayət işi orada aparılır.
Bunları oxuyandan sonra düşüncələrim:
İkinci pilot kapitanın etibar etdiyi adamdır. Kapitanın diqqəti təyyarənin idarəedilməsində olduğu halda bıçaqla silahlanmış ikinci pilot onu necə öldürə bilməyib?
İkinci pilot kapitanın başına bıçaq zərbələri endirib və o, döşəməyə yıxılıb. Bundan sonra ikinci pilot şturval arxasına keçib və təyyarəni enişə yönəldib. Təyyarə 05,-1 dəqiqəyə ~5.000 m eniş edib. Suallar: sərnişinlər kabinəyə daxil olanda ikinci pilot kapitanın üstündə ona zərbələr endirirmiş. Belə çıxır ki, şturvaldan sonra o yenidən kapitanı öldürməyə qayıdıb, lakin yenə öldürüb qurtara bilməyib. təyyarə uzağı 1 dəqiqəyə 5.000 m hündürlük itiribsə, qalan 5.000 metri itirməyinə də uzağı 1 dəqiqə vaxt tələb olunur. Hadisənin müddəti nə qədər olub? Belə çıxır ki, ikinci pilot təyyarəni enişə yönəldəndən Yanivin onu düzəltməyinə qədər 1 dəqiqədən bir neçə saniyə çox vaxt keçib. Bu müddətdə isə ikinci pilot kapitanı yenidən bıçaqlayıb, Yaniv kabinəyə girib, ikinci pilotu boğma fəndi ilə zərərsizləşdirib, şturval arxasına keçib və şturvalı necə idarə etməyi aydınladırıb. Fantastik deyil?
Kapitan bıçaq zərbələri altında zirehli qapını açmağa macal tapıb. (?)
Haraya gələn santexnik Yaniv bir neçə saniyəyə silahlı ikinci pilotu zərərsizləşdirə bilib və özü də heç bir xəsarət almayıb.
Sonra santexnik Yaniv peşəkar pilot kimi bir neçə saniyəyə təyyarəni pikedən çıxarda bilib. Deməyinə görə, bunu təyyarə qəzaları haqda silsilə sənədli filmlərə baxdığına görə bilirmiş. Hərçənd ilk məlumatlarda yazılmışdı ki, o, kinofilmlərdə görmüşdü ki, təyyarə qəzaya uğrayarkən pilot ilk növbədə şturvalı özünə tərəf çəkir. Yəqin, sonra fikirləşiblər ki, kinofilm uğurlu təlim materialı deyil.
Sərnişinlər arasında həkimlərin olması normaldır – buna dair bir qeydim yoxdur.
Ən maraqlısı isə təyyarədə təsadüfən pilotun (özü də bir yoxa, iki) olmasıdır. Özü də bu pilotlar elə hadisənin baş verdiyi təyyarənin məxsus olduğu şirkətin pilotlarıdır. Onlar kabinəyə birinci qaçmayıblar. Yaniv qəhrəmaancasına təyyarəni pikedən çıxartdıqdan sonra onlar şturvalı təhvil alıblar və təyyarəni havada döndərib, adi qaydada S.Ərəbistanında endiriblər. Bütün qəhrəmanların adları məlum olsa da bu ehtiyat pilotlar hələlik anonim qalıblar.
Və bütün bu hadisələrdə təyyarənin texniki heyətinin fəaliyyəti haqda heç nə yazılmır.
Mən bu hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal edirəm. Bu o demək deyil ki, hadisənin bütün iştirakçıları aktyorluq edib – 1-2 adamın aktyorluq etməsi kifayətdir, belə hallarda qalanları kor-koranə oynadılırlar. Yeri gəlmişkən, 27 sentyabrda Netanyahu BƏƏ-də olmuşdu.
Məqsəd terrora cəhd hadisəsində İranı günahlandırmaq ola bilər. Sərnişin təyyarəsinə qarşı terror aktı dünya ictimaiyyəti tərəfindən ən pis qarşılanan aksiyadır. Bəlkə də bu sonuncu hadisə olmayacaq. Artıq Britaniyanın baş naziri Əndi Bernhem də ABŞ-a məxsus “RAF Fairford” aviabazasında baş vermiş insidenti İranla bağlamağa çalışır…
Yəqin ki, İsrail 27 oktyabr seçkilərinə qədər İrana qarşı qara piarı gücləndirəcək. Düşünürəmki, bununla o, Trampı seçkilərə qədər İrana nüvə bombası atmağa təhrik etmək istəyir.