Son günlər ABŞ rəsmiləri İranı hələməyin dozasını artırıblar. Tramp deyir ki, İrana qalib gəldikdən sonra Hörmüzü ABŞ ərazisi elan edəcək. Bessent deyir ki, yaxın günlərdə İrana qarşı elə öldürücü maliyyə-iqtisadi sanksiyalar tətbiq edəcək ki, tarix boyu heç bir ölkəyə tətbiq olunmayıb. Heqset deyir ki, İranın dəniz blokadasını illərlə saxlaya bilərik və s.
Adətən, dövlət hədə dozası yüksək olan bəyanatlarla özünün biabırçılığını pərdələmək istəyir – sifətini saxlamaq üçün ön planda bağırır ki, arxa planda etdiyi pıçıltılı yalvarışlar eşidilməsin.
13 avqustda xəbər yayıldı ki, BƏƏ hökumətinə məxsus olan və Royal Jet şirkəti tərəfindən istismar olunan Boeing 737-700 VIP-təyyarəsi İrana qısa səfər edib. Təyyarə 11 avqustda Əbu-Dabidən yola düşərək Tehrana uçub və Mehrabad hava limanında təxminən bir saat qaldıqdan sonra geri qayıdıb. 12 avqustda eyni təyyarə yenə İrana uçub – bu dəfə Tehranın təxminən 40 km qərbində yerləşən Kərəc şəhərinin Payam hava limanına enib və orada 30 dəqiqə qaldıqdan sonra geri qayıdıb. Bu uçuşların səbəbi barədə sosial mediada yayılan populyar nəzəriyyə bu idi ki, təyyarə İrana nağd pul daşıyıb.
Bu gün artıq uçuşun səbəbi məlum olub.
BƏƏ İranın ABŞ tərəfindən dondurulmuş aktivlərinin bir hissəsini – bir neçə milyard dollar və 2 ton qızıl ($283 milyon dəyərində) – İrana daşıyıb. Tehrandakı yüksək vəzifəli mənbələrə görə, qiymətli yüklər 11 və 12 avqust tarixlərində Əbu-Dabidən Mehrabad və Payam hava limanlarına Boeing təyyarəsi ilə çatdırılıb.
Məlumat üçün:
Eyni təyyarə 8 iyunda da Tehrana gəlmişdi. Sonra Reuters məlumat vermişdi ki, təyyarə İrana təxminən $3 milyard daşıyıb. Bundan sonra İran ABŞ-la danışıqlara başlamışdı.
Rəsmi Əbu-Dabi, Tehran və Vaşinqton bu hadisə barədə susmağa davam edirlər. Vaşinqton “nüvə sazişi əldə olunana qədər İrana bir sent də verməyəcəyinə” söz verir. Amma “The Wall Street Journal” yazır ki, indi artıq Trampı nüvə məsələsi, ümumiyyətlə, maraqlandırmır – təki Hörmüz boğazı açılsın.
İran ABŞ-ı yavaş-yavaş şərtlərini yerinə yetirməyə məcbur edir:
Körfəz yaxınlığındakı bazalar boşaldılır:
Dondurulmuş aktivlər hissə-hissə qaytarılır.
ABŞ İsraildən Qəzzada və Livanda atəşkəsə əməl etməyi və qoşunlarını geri çəkməyi tələb edir. Artıq Livandan SAXAL-ın bəzi hərbi hissələri çıxarılır. SAXAL-ın Qəzzadan çıxarılması üzrə danışıqlar aparmaq üçün gələn həftə Kuşner Tel-Əvivə səfər edəcək.
Lakin İranın Hörmüzü açmaq üçün ABŞ qarşısına qoyduğu şərtlər daha böyükdür:
Noyabr yaxınlaşdıqca ABŞ İrandan daha çox asılı olacaq və üzdə “hədələri” də daha gurultulu olacaq.
