Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Bakıda səfərdədir. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev məlumat verib.
Qusev sosial mediada paylaşım edərək yazıb: “Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonu Bakıda qarşılamaq mənim üçün şərəfdir!”.
Səfir səfərin məqsədini və Yuşşenkonun Azərbaycana səfər proqramını dəqiqləşdirməyib.
Yuşşenko 2005-ci ildən 2010-cu ilə qədər Ukrayna prezidenti vəzifəsində çalışıb.

