29 C
Bakı
13 Avqust 2026 12:45
Tarix

Şuşanın qeyri adı bulağı

İsa bulağı başda olmaqla şirin suyu ilə Şuşanın və ətraf ərazilərdə yaşayanların ağız dadını yaşadan bulaqlar və kəhrizləri ilə yanaşı bir qeyri adi bulaq da burda var. Şuşanın təbiətinə zidd olan şor suyu ilə tanınan Şor Bulaq Qala divarları Axundov küçəsində yerləşir.

Bulaq 1854-cü ildə Şuşada imkanları ailələrdən hesab edilən Rəsibala Zəkəriyyə tərəfindən çəkilibdir. Şuşada yerləşən bu bulağın suyu bir qədər şor olduğundan əhali arasında ona belə ad verilibdir.

Əslində şor bulaq deyəndə hamının ağlına gəlir ki, yəgin duz və digər elementlər ilə zəngindir. Lakin bu belə deyil. Bulağın suyunun tərkibi yüngül mineral duzlarla zəngin olduğu üçün şor-şirin dada malikdir. Bu səbəbdən yerli əhali onu digər şirin su bulaqlarından fərqləndirmək üçün belə adlandırmışdır.

Şuşaya geri qayıdan yaşlı insanlarla söhbətdə, onlar dedilər ki, sovet zamanında tut arağı çəkmək üçün ancaq bu bulağın suyundan istifadə ediblər. Hətta bəziləri xatırlayır ki, Novruz bayramında Şor qoğal bişirən xanımlar bu bulaq suyuna gəlirdilər.

Şuşanın gəzdikcə qarşıma çıxan yerli insanların xatirələrində bulaqla bağlı yaddaşı axtarıram, söhbət etdiklərim bulağın suyunun bütün fəsillərdə eyni- soyuq və buz kimi olmasını xatırlayırlar..

Şuşanın tarixi ilə bağlı sənədlərin yaddaşında yazılır ki, qala ətrafı olduğu üçün burada söz sənət görüşləri keçirilirdi. Burada yığışan mədəniyyət xadimləri şeirlər deyir, dastanlar danışardılar. Məclislər düzəldirdi bizim müasir dildə “piknik” anlayışı formasında..

Bulağın eyni zamanda iki adı var. Xalq arasında Şor bulaq ilə yanaşı Rəsibala bulağı adı ilə hallanır.

Şuşa şəhəri işğal ediləndən sonra uzun müddət baxımsız qalmış, bulağa gələn su kəsilmişdir. Hazırda bulağa gələn su bərpa olunmuşdur.

 

Prof.Dr. Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Paris-18 mart 1314 cümə günü…

redaktor

Ox-yayla Parisə qədər: Napoleonun məğlubiyyətində türklərin undulan izi…

redaktor

Xan qızı bulağı və Şuşanın içməli su tarixi

redaktor