Ağ yonulmuş daşlardan inşa edilmiş iki tağlı arxitekturası, yuvarlaq relyefli mərkəzi medalyonu və tərəfdaş sütunlu fasad quruluşu ilə Şuşanın 19-cu əsr mülki memarlığının ən tanınan nümunələrindən biri olan Xan qızı Natavan bulağı.
Qarabağın tarixini araşdıranlar bilirlər ki, 1873-cü ilə qədər Şuşada bir dənə də olsun bulaq olmayıb. Xanlıq burda qurulandan içməli su da olmayıb. Əsasən qara su idi ki, bunu da içmək qeyri mümkün idi. İnsanlar öz içməli su təlabatlarını şəhərin hər iki tərəfindən axan çaylardan ödəyirdilər.
Şuşa şəhərinə ilk dəfə bulağı çəkdirib insanların ağır əziyyətdən qurtaran Xan qızı Nətəvan olub.
Natəvan şəhərdən təxminən 10–12 km. bəzi qeydlərə görə isə 30 km. aralıda yerləşən Sarıbaba dağının ətəklərindəki gur və soyuq bulaq suyunu Şuşaya gətirmək qərarına gəlir.
O, yerli ustalaara 100 minə qədər qızıl pul ayrır ki, şəhərdə mütləq şəkildə bulaq olmalıdır və qərar belə olur ki, saxsı borular daha etibarlıdır və sonradan “Xan qızı” adlanan bulaq çəkilir.
Suyun axınını təmin etmək və təmizliyini qorumaq üçün dulusçu ustalar tərəfindən xüsusi saxsı borular hazırlanır. Məsafənin mürəkkəb relyefindən asılı olaraq xətt boyunca daş kanallar və lazımi yerlərdə tutucular inşa edilir.
Həmin bulağın suyu 30 kilometrdən də uzaqda yerləşən dağlardan çəkilib Şuşaya gətirilib.1873-cü il avqustun 18-də bulağın açılışı olub.Şuşadakı “Məclisi-fər hisan” ədəbi məclisinin üzvləri ilə birgə böyük şeir məclisi təşkil edilir və Şuşanın ilk bulaq suyu barədə şeirlər səslənir, muğamlar oxunur.
Bundan sonra şəhərdə bulaq çəkilməsinin varlı ailələr də maliyyəsini ayrırlar.
1992-ci ildə Şuşanın işğalından sonra su kəməri sıradan çıxarılmış, bulaq baxımsız qalıb qurumuşdu.
2020-ci ildə Azərbaycan ordusu tərəfindən Şuşa azad edildikdən sonra abidə və su kəməri yenidən bərpa olunmuş və 2021-ci ildən etibarən bulağın suyu yenidən axmağa başlamışdır.
