28 C
Bakı
12 Avqust 2026 20:02
İqtisadiyyat

Rəqəmlər həyəcan siqnalı verir: Azərbaycanda tikinti daralır

2025-ci ildə Azərbaycanda ümumi sahəsi 4 milyon 629,5 min kvadrat metr yaşayış evi (mənzil) tikilərək istifadəyə verilib.

2025-ci ildə Ermənistanda 2 milyon 270 min kvadrat metr yaşayış evi (mənzil) tikilərək istifadəyə verilib.

Azərbaycanda Ermənistana nisbətən 2 dəfə çox mənzil tikilib – amma, əhalimiz Ermənsitandan rəsmi rəqəmlərə görə 3 dəfədən çox artıqdır.

2025-ci ilin yekunlarına əsasən (2024-cü ilə nisbətən) Azərbaycanda tikinti sektoru 0,4% kiçilib (geriləyib).

2025-ci ilin yekunlarına əsasən (2024-cü ilə nisbətən) Ermənistanda tikinti sektoru 20% artıb (böyüyüb).

2026-ci ilin ilk 6 ayında Azərbaycanda tikinti sektoru 2025-ci ilin eyni dövrü ilə müqaisədə 9,4% daralıb (azalıb).

2026-ci ilin ilk 6 ayında Ermənistanda tikinti sektoru 2025-ci ilin eyni dövrü ilə müqaisədə 24,5% artıb (böyüyüb).

Bu sırf statistikadır, rəqəmlərdir, onlar yalan danışmır, reallığı əks etdirir, trendləri göstərir – Azərbaycanda tikinti sektoru da böhrana daxil olub, Ermənistanda isə bu sahədə də bum yaşanır…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Görünən odur ki, Ermənistanda addım-addım belə bir iqtisadi model qurulur”

admin

85 milyard dollarımız var. Bəs bu pul necə işləyir?

redaktor

Təmir bəhanəsi, əlavə ödəniş reallığı

redaktor