Odessa sahillərində Azərbaycanlıları daşıyan daha bir gəmiyə hücum edilib.
Bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov məlumat verib.
“Bu səhər Odessa limanı yaxınlığında Albatros Korporasiyasına məxsus ATA-2 (IMO 9387669) quru yük gəmisi üç dron tərəfindən hücuma məruz qalıb. Gəmi ciddi ziyan görüb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir.”
Ekipaj 13 nəfərdən ibarətdir: biri Türkiyə vətəndaşı, 12 Azərbaycan vətəndaşı. İlkin məlumata görə, itki və ya xəsarət alan yoxdur”, – İlham Nəsirov İctimai Birliyin səhifəsində yazıb.
