28 iyunda Ukraynada iki şəxsin öldürülməsi ilə bağlı xəbər yayıldı: Vladimir Kononnikov və Rustem Faxriyev.
Polkovnik Vladimir Kononnikov Ukrayna SQ-də 154-cü əlahiddə mexanikləşdirilmiş briqadanın komandiri idi. Qərargahı Qulyaypole rayonunda yerləşirdi. Məlumata görə, qeyri-döyüş şəraitində başından aldığı güllə yarasından ölüb. Qətlin motivi və killer məlum deyil. İstintaq işi başlayıb. Məlumat üçün deyim ki, 2024-cü ildə Rusiyanın Kursk vilayətinə ilk daxil olan hərbi birləşmələrdən birinə məhz Kononnikov başçılıq etmişdi.
Polkovnik Rustem Faxriyev Ukraynanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşı idi. 2025-ci ilin dekabrında Krımda yüksək rütbəli hərbçinin maşınında partladılmasını təşkil etmiş, lakin Rusiya FTX terror aktının qarşısını alınmışdı. 28 iyunda FTX onu 18 mayda aradan götürdüyünü bəyan etdi. Ukrayna mənbələri 28 iyunadək bu haqda məlumat verməmişdilər.
Məncə, FTX-nin Faxriyevin öldürülməsi barədə məhz 28 iyunda məlumat verməsi təsadüfi deyil. Yəqin, bununla Kononnikovun öldürülməsində də onlarının rolunun olduğuna eyham vurmaq istəyib.
