Trampın 2-ci müddətə prezidentliyə başlamasının 16-cı günü – 05.02.2025 tarixində Netanyahu ABŞ-a səfər etdi və Trampla görüşdü: https://www.facebook.com/asif.shafaggatov.3/posts/3895671147415634
Bundan sonrakı 1 il ərzində Netanyahu ABŞ-da Trampın ən çox görüşdüyü dövlət başçısı oldu – düz 6 dəfə ABŞ-a səfər etdi, yəni 2 aydan bir. Axırıncı səfəri 12.02.2026 tarixində oldu: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4271103763205702
Bir dəfə də Tramp Tel-Əvivə getmiş və Netanyahu ilə görüşmüşdü.
Bütün bu intensiv ziyarətlər və görüşlər 2-ci İran müharibəsinə qədər baş vermişdi. İndi artıq müharibənin başlanmasından 4 ay keçdi. Bu müddət ərzində Netanyahu bir dəfə də ABŞ-a səfər edib, Trampla görüşməyib. Mətbuatın yazdığına görə Tramp heç ona zəng də etmir, zəng edəndə də yalnız qışqırışır və söyüşürlər. Son vaxtlar hətta Netanyahunun zənginə cavab da verilmir.
Netanyahu Trampı elə zibilə salıb ki, indi Trampda ona qarşı allergiya yaranıb. Netanyahu Tramp və Vens üçün sanki kovidə yoluxmuş xəstəyə çevrilib – ona yaxın durmaq istəmirlər.
Əksinə, indi Netanyahunu və onun siyasətini tənqid etməklə ABŞ-da yüksək reytinq qazanmaq olar. Vens də bunu anlayaraq, İsraili kəskin tənqid etmişdi. Bu tənqiddən sonra onun reytinqi Marko Rubionu xeyli üstələdi.
İsrail nəinki tarixdə ən israilpərəst ABŞ prezidentini, ümumiyyətlə, ABŞ-ı itirir.
