23.7 C
Bakı
29 İyun 2026 00:06
Tarix

Erməni soyqırım yalanları

Məlum olduğu kimi, Birinci Dünya müharibəsi bitdikdən sonra Osmanlı imperiyasını parçalamağa çalışan əsas ölkələrdən biri Böyük Britaniya idi. Müharibədən dərhal sonra o, böyük israr və amansızlıqla Osmanlı dövlətinin həbs edilmiş və əsir götürülmüş görkəmli xadimlərini “erməni qırğını”nda ittiham edərək mühakimə etməyə çalışırdı.

Bu məsələdə britaniyalılar o qədər qətiyyətli idilər ki, Britaniyanın İstanbuldakı nümayəndəsi admiral Uebb Londona göndərdiyi teleqramda yazırdı: “…Ermənilərə zülm edənlərin hamısını cəzalandırmaq üçün türkləri kütləvi şəkildə edam etmək lazımdır… Yüksək rütbəli məmurlar nümunəvi şəkildə mühakimə olunmalı və ağır cəzalandırılmalıdırlar…”

Belə güclü düşmənçilik bəsləyən ingilislər Maltada hərbi tribunal təsis etdilər və məhkəmə proseslərinə başladılar.

Böyük Britaniya Osmanlı İmperiyasında “Müharibə əsirləri ilə pis rəftar və ermənilərə qarşı qırğınlara görə” təhqiqatlar aparıb, 147 məmur və yüksək rütbəli zabit 1919-1921-ci illərdə Malta adasına sürgün edilib və Böyük Britaniyanın qanunları əsasında onların üzərində mühakimə qurulub.

Mühakiməni əsasən İngiltərənin baş prokurorluğu aparıb.

Mənbə : British Archives: PRO—F.O. 371/ 4172 Private and confidential: February 28, 1919

Lakin onlar işi sona çatdıra bilmədilər. Səbəb isə “soyqırım”a dair heç bir sübutun tapılmaması idi. Yəni Osmanlı rəhbərlərinin “Bütün erməniləri məhv edin” şəklində nə yazılı, nə də şifahi heç bir əmri tapılmamışdı.

Məhkəmə iclaslarında bəlli oldu ki, mövcud olan bütün sənədlər, əksinə, ermənilərə dəyə biləcək hər hansı ziyanın qarşısının alınmasını tələb edirdi. Buna baxmayaraq, “türkləri cəzalandırmaq”da qərarlı olan ingilislər rəsmi şəkildə Amerika Birləşmiş Ştatlarına müraciət edərək “türklərə qarşı sübutlar” tapılmasını istədilər.

Lakin Britaniya səfirinin ABŞ-dakı səyləri də nəticə vermədi. 23 iyul 1921-ci ildə səfir Kreyq Londona Amerika tərəfinin rəsmi cavabını bildirdi: “…Amerika arxivlərində türklərə qarşı heç bir sübut aşkar edilməmişdir”.

Maltada Britaniya Baş prokurorluğunun tədqiqatı 32 ay davam edir. 32 ay davam edən məhkəmədə həmin şəxslərə bəraət verilib və erməni əhalisinə qarşı cinayət törədilməməsi qənaətinə gəlinib. 29 iyul 1921-ci ildə belə qərar verilib:

“Bu günə qədər, məhbuslar əleyhinə keçirilmiş ittihamların doğruluğuna şahidlik edən ciddi bir şəxs tapılmyıb. Müttəhimlərin əleyhinə ittihamların Ədliyyə Məhkəməsi tərəfindən yetərli hüquqi fakt kimi qəbul edilməsi imkansız görünür. İngilis Kral Baş prokurorluğu “kütləvi öldürmə” iddiası ilə bağlı hüquq məhkəməsində yeni dava açmağa kifayət qədər sübut olmadığına, əldə olan sənəd və məlumatların ittihamlar üçün hüquq məhkəməsində sübut dəyəri olmadığı, ona görə də kimsənin bir hüquq məhkəməsi qarşısında cəzalandırılmasının mümkün olmayacağını qərara alır”.

1916-cı ilin 23-26 mayında Peterburq yaxınlığındakı Petroqradda “Ümumrusiya erməni qurultayı” keçirilib. Burada Rusiyanın 60 yaşayış məntəqəsindən 150 erməni nümayəndəsi müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar. Qurultayda 97 siyasi-ictimai-təşkilatlardan çıxış edənlərdən heç kəs 1,5 milyon erməninin öldürülməsindən danışmayıb.

1917-ci ilin may ayının əvvəllərində İrəvan şəhərində də bir yığıncaq, belə deyək ki, “ermənilərin birinci qurultayı” keçirilib. Onun gündəliyindəki 10 məsələdən heç biri “erməni soyqırımı”na aid deyildi. Məruzə və çıxışlarda da bu barədə danışılmayıb. Halbuki iddia olunan “qırğınlarla” qurultay keçirilən yerlərin ara məsafələri 25-35 kilometr idi.

Digər bir tədbir 6 oktyabr 1917-ci ildə Tiflis şəhərində olub. “Ümumerməni qurultayı” işə başlayıb və bir neçə gün davam edib. Tiflislə “1,5 milyon erməni qırılan” məsafə cəmi 40-45 kilometr uzaqlıqda idi. Bu qurultayda da “erməni soyqırımı” barədə bir nəfər belə danışmayıb. Əksinə, ermənilər gürcü və azərbaycanlılara qarşı bəzi tələblər irəli sürüblər.”

Fotoda Malta məhkəməsi prosesi boyunca ermənilərin uydurma soyqrımına aid sənədləri incələyən İngiltərə hökümətinin üzvləri.

Fotoda bu mövzuda dərc edilən kitablarımdan biri

Prof.Dr. Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

3 ayağı və 2 cinsi orqanı ilə doğulub – Ailəsinin “bəxtsiz” adlandırdığı “kral”.

admin

Qədim Ağoğlan, indi Hadrut adlanan qədim Azərbaycan torpağı

redaktor

İran monarxiyasının sonuncu “birinci ledi”si.

admin