DünyaHadisə

‘Reuters’: Rusiya Qazaxıstandan benzin idxalı ilə bağlı danışıqlar aparır

Rusiya Qazaxıstanla 50 min ton AI-92 markalı benzinin idxalı barədə danışıqlar aparır. Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Rusiyada benzin istehsalı illik müqayisədə 25 faiz azalıb. Buna baxmayaraq, mənbələr tədarük həcminin yüksək olacağını ehtimal etmirlər. Qazaxıstanda benzin profisiti (artıqlığı) olsa da, iyun-iyul aylarındakı planlı təmir işləri ölkənin ehtiyatlarını azaldacaq. Belə ki, iyulun ortalarınadək Atırau Neft Emalı Zavodunda texniki işlərin aparılması planlaşdırılır.

Qazaxıstanın energetika naziri Erlan Akkenjenov Senatdakı çıxışında bildirib ki, Rusiyadan benzin tədarükü ilə bağlı heç bir rəsmi sorğu daxil olmayıb. Rusiya Energetika Nazirliyi isə hələlik məsələyə münasibət bildirməyib.

Qazaxıstanda yanacaq istehsalının həcmi Rusiyadan xeyli az olduğu üçün ekspertlər bu tədarükün vəziyyəti köklü şəkildə dəyişəcəyinə şübhə ilə yanaşırlar.

Rusiya rəhbərliyi daxili bazarı sabitləşdirmək üçün yanacaq ixracının məhdudlaşdırılması, neft emalı zavodlarına subsidiyaların artırılması və idxalın təşkili kimi bir sıra tədbirləri nəzərdən keçirir.

Eyni zamanda daxili bazar üçün yanacağın keyfiyyət standartları yumşaldılıb və dəniz yolu ilə tədarük imkanları araşdırılır.

Qazaxıstan tərəfdən potensial tədarükçü kimi Rusiyanın “TANEKO” zavodunun xammalı ilə işləyən “Kondensat” şirkəti çıxış edə bilər.

Mənbələrdən birinə görə, sövdələşmə barter yolu ilə ola bilər. İyulda həm daxili tələbat artacaq, həm də Rusiya ixracı azalacaq ki, bu da Qazaxıstanda aviasiya yanacağı ehtiyatlarının azalmasına gətirib çıxaracaq. Buna görə də Astana benzini Rusiya aviayanacağı ilə dəyişməkdə maraqlıdır. (Azadl;qRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Naxçıvanda saxlanılanlar var: Mal əti adı altında at əti satırmışlar…

redaktor

Ukraynada saxlanılan azərbaycanlıların səhhəti pisləşib

redaktor

Ukraynada “Turan” türk taboru yaradılıb

redaktor