17 C
Bakı
28 Sentyabr 2026 10:50
DünyaSiyasət

Rusiya yanacaq fəlakətinə yaxınlaşır

USQ-nin zərbələri Rusiyanın neft emalı zavodlarını sıradan çıxarır: benzin istehsalı azalır, nəticədə həm qiymətlər kəskin yüksəlir, həm də qıtlıq yaranır.

Nefti emal etmək imkanları məhdudlaşdığı üçün Rusiya xam neft ixracını artırır.
15-21 iyun tarixləri ərzində 38 tankerə ümumilikdə 29 milyon barel Rusiya nefti yüklənib ki, bu da gündəlik orta hesabla 4,1 milyon barel deməkdir.
Bu, 2026-cı ilin əvvəlindən bəri ən yüksək həftəlik göstəricidir və Rusiyanın neft ixracı artıq Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından bəri bütün illərin orta göstəricilərini üstələyib.

Benzin çatışmazlığını kompensasiya etmək üçün, neft ixracını artırmaqla yanaşı, Rusiya Hindistan və Çindən benzin idxal etməli olacaq.
Yəni xam nefti ucuz qiymətə ixrac edir, daha sonra isə əlavə dəyər yaradılmış məhsul olan benzini daha baha qiymətə geri alır.

Yeri gəlmişkən, “Qazprom Neft”ə məxsus Moskva Neft Emalı Zavodu (Kapotnya) iyun ayında hücumlarından sonra ən azı altı ay ərzində fəaliyyətini bərpa edə bilməyəcək.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor

Tramp Zelenskinin Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin azaldılması tələbinə verdiyi cavabı açıqlayıb

redaktor

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor