CəmiyyətDünya

Albert Aqarunov niyə hədəfdədir?

1990-cı illərdə Qarabağ erməniləri dünyaya azərbaycanlıları qeyri-müsəlmanlara qarşı dözümsüz, xristianları sıxışdıran bir xalq kimi təqdim etməyə çalışırdılar. Məqsəd isə “biz xristian olaraq onlarla birlikdə yaşaya bilmirik, ayrılmağımız zəruridir” tezisini əsaslandırmaq idi.

Albert Aqarunovun şəhidliyinin geniş şəkildə şişirdilməsinin səbəblərindən biri də bu kontekst idi. O, sağlığında verdiyi müsahibələrdə səmimi şəkildə deyirdi: “Nə olsun ki, yəhudiyəm? Bu mənim vətənimdir, bu torpaqda doğulmuşam və onu müdafiə edirəm.” Həmən müsahibədə özü dediyi kimi onu döyüşməyə məcbur edən heç bir amil yox idi, sadəcə öz vətəninə bağlılığı vardı.

Albertin yerində azərbaycanca danışan, eyni səmimiyyətlə vətən sevgisini ifadə edən rus, ukraynalı və ya başqa qeyri müsəlman bir şəxs də olsaydı, böyük ehtimalla eyni dərəcədə simvolik fiqura çevriləcəkdi.

Albert Aqarunov Azərbaycan cəmiyyətinin dini və etnik ayrı-seçkilikdən uzaq olduğunun ən güclü simvollarından biri oldu. Xalq da onun utancaq, səmimi və vətənpərvər obrazını sevmiş, şəhid olmasına ürəkdən kədərlənmişdi.

Bu gün isə İran propaqandistləri bu simvolu hədəfə almağa çalışır. Son günlər Albert Aqarunovun adına müxtəlif əsassız iddialar və uydurmalar yayılır. Halbuki İran hakimiyyəti özü də beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, onların yəhudilərlə deyil, sionizmlə problemi var.

Məsələn, Xameneinin erməni kilsəsində keçirilən 40 mərasimində İran yəhudi icmasının rəhbəri və parlament üzvü Sameh Nəcəfabadi nazirlərin arasında əyləşdirilmişdi. Bununla dünyaya “bizim mübarizəmiz yəhudilərə qarşı deyil” mesajı verilməyə çalışılırdı.

Bütün bunlar iyrənc və vicdansız bir yanaşmadır. Müharibədə həyatını itirmiş bir insanın xatirəsini siyasi məqsədlər üçün təhrif etmək, onun adına yalanlar uydurmaq nə tarixə, nə də insanlıq dəyərlərinə hörmətdir.

Albert Aqarunovun nə İsrailə, nə də Amerikaya aidiyyəti var idi. O, Bakıda doğulub böyümüş, bu torpağı öz vətəni saymış və onu müdafiə edərkən şəhid olmuş Azərbaycan oğludur.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

İran ətrafında gərginlik artır…

admin

Bakıda ölüm saçan dərman satılır? – Video

redaktor

ABŞ-dan Rusiyaya qarşı yönəlmiş yeni qanun layihəsi gəlir

admin