ABŞ prezidenti Donald Tramp İranın heç bir pul almayacağını bildirib.
“Ümidsizlikdən görüşə getməyən biz yox, İran idi. Onlar artıq bitib! Bu 60 günlük [daha sonra danışıqların] necə gedəcəyini biz müəyyən edəcəyik. Onlar heç bir pul, hətta bir qəpik belə almayacaqlar”, – deyə o, İsveçrədə ikitərəfli danışıqların ləğvindən sonra “Truth Social”da yazıb.
Tramp həmçinin bildirib ki, İranın “demək olar ki, heç bir hava qüvvəsi, donanması, hava hücumundan müdafiə sistemi və radarları qalmayıb”.
“Müharibə İranı zəiflədib. Artıq onun hava qüvvələri, donanması, zenit silahları, radarları və ya demək olar ki, başqa bir şeyi yoxdur, lakin Demokratlar iddia edirlər ki, İran indi dörd ay əvvəlkindən daha yaxşı vəziyyətdədir. Bunu təsəvvür edə bilərsinizmi? Kimsə necə bu qədər axmaq ola bilər?”, – deyə o əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Bild” nəşri İranın Hörmüz boğazından gəmilərin keçidini məhdudlaşdırdığınıbildirmişdi.
