“The Jerusalem Post”a “Pro-Iran narratives target Azerbaijan’s Jewish war hero amid Israel-Baku disinformation row” (İran yönlü narrativlər İsrail–Bakı dezinformasiya fonunda Azərbaycanın yəhudi əsilli milli qəhrəmanını hədəf alır) adlı məqalə gedib.
The Jerusalem Post yazır ki, son həftələrdə sosial mediada Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov hədəfə alınıb.
Onun qəhrəmanlığını şübhə altına salırlar.
Tarixi rolu “saxta” kimi təqdim edilir.
Bu təsadüfdür?
Yox.
Məqaləyə görə, bu kampaniya İran və ona yaxın şəbəkələrin yaydığı daha geniş informasiya xəttinin bir hissəsidir.
Eyni ifadələr.
Eyni ritorika.
Eyni zamanlama.
Əsas narrativ nədir?
Azərbaycan guya İsrailin İrana qarşı əməliyyatları üçün platforma rolunu oynayır.
Bu iddianı gücləndirmək üçün isə birbaşa simvollara hücum edilir.
Albert Aqarunov təsadüfi hədəf deyil.
O:
Qarabağ müharibəsinin qəhrəmanıdır
yəhudi əsilli azərbaycanlıdır
Azərbaycan–İsrail münasibətlərinin simvoludur
Belə fiqurun hədəfə alınması artıq şəxsi məsələ deyil.
Bu, planlı informasiya əməliyyatıdır.
Ən təhlükəli məqam isə budur:
bəzi hesablar bu ritorikanı “müxalif fikir” kimi təqdim edir.
Amma istifadə olunan dil və tezislər xarici təsir mərkəzlərinin narrativləri ilə üst-üstə düşür.
Bu nə deməkdir?
İnformasiya müharibəsi artıq Azərbaycanın daxilinə keçir.
Məqsəd aydındır:
simvolları gözdən salmaq
cəmiyyətdə parçalanma yaratmaq
Azərbaycan–İsrail əlaqələrini zəiflətmək
Bu, sadəcə sosial media kampaniyası deyil.
Bu, strateji hücumdur.
Və əsas sual budur:
biz bu müharibənin fərqindəyikmi?..
