Niyə məhz bu gün Moskvanın alov içində olan şəkillərin dünyaya yayılması vacib idi? Məsələnin siyasi tərəfi nədədir?
Bu gün, 18 iyun 2026 il, bütün dünya mediası yanan Moskvanın şəkillərini yayır.
Putin hər zaman Ukrayna müharibəsi barədə danışanda, son dərəcədə əmin və tərəddüdsüz görünməyə çalışır, sanki hər şey həqiqətən “plan üzrə gedir”, amma bu gün bütün dünya gördü ki, heç də elə deyil.
Niyə məhz bu gün?
Dünən G7 sammitində müttəfiqlərin birgə səyləri nəticəsində Trampı inandırıblar ki, Ukraynanın yetərincə “kartları” var və məhz Ukraynaya hərtərəfli dəstəyin artırılması təqdirdə Putini dayandırmaq mümkün olacaq. 1 gün keçmədi, Moskvanın yanan şəkilləri dünyaya yayıldı…
Bu gün Aİ sammiti keçirilir və Ukraynanın Aİ-yə üzvlük yolu müzakirə olunur. Eyni zamanda bu gün Ramştayn formatında növbəti sammit keçirilir və müttəfiqlər Ukraynaya yeni yeni hərbi yardım paketlərini elan edir.
Qərb vergi ödəyicisi üçün, Qərb siyasətçiləri üçün Ukraynaya dəstəyin artırılmasına Moskvanın yanan şəkilləri qədər tutarlı arqument ola bilərmi? Və…Qərbdə Putinin “məğlubedilməz” obrazının təbliğ edən Putinin dostları üçün bundan artıq güclü zərbə ola bilərmi?
Başqa sözlərlə, zamanlama ideal seçilib.
