25.7 C
Bakı
16 İyun 2026 11:07
DünyaSiyasət

Seyid Əli Xamenei nəyin naminə öldü?

Ötən ilin martın 7-də prezident Donald Tramp Fox Business Network kanalına açıqlamasında İranın Ali Rəhbəri Seyid Əli Xamenei məktub yazdığını açıqladı.

Martın 8-də Xameneyi ABŞ-ın məsələləri danışıqlar yolu ilə həll etmək istəmədiyini, əksinə öz tələblərini irəli sürmək və dominantlıq yaratmaq istədiyini bildirərək İranın buna razı olmayacağını bəyan etdi.
Martın 12-də Birləşmiş Ərəb Əmirliyinin prezidentinin müşaviri Ənvər Qarqaş Tehranda İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşərək Trampın Xameneiyə ünvanlanmış məktubunu İranın Ali Rəhbərinə çatdırmaq üçün nazirə verdi.

Məktubla bağlı məlumatların birində qeyd edilirdi ki, Tramp məktubu göndərməzdən öncə İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla bir neçə müttəfiqini məktubun məzmunu barədə məlumatlandırıb. Adları çəkilən dövlətlərin heç biri bu məlumatı təkzib etmədi.
Martın 29-da Sky News Arabic kanalı prezident Donald Trampın İranın Ali Lideri Əli Xameneiyə göndərdiyi məktubu dərc etdi.

Məktubda deyilirdi: “Amerika Birləşmiş Ştatları, mənim rəhbərliyim altında, sülh və gərginliyin azaldılması istiqamətində əhəmiyyətli bir addım atmağa hazırdır. Birlikdə sanksiyaları ləğv edə, İran iqtisadiyyatını gücləndirə və iki ölkəmiz arasında əməkdaşlığa qapı aça bilərik ki, bu da təkcə xalqlarımızın xeyrinə deyil, həm də Yaxın Şərqdə və bütün dünyada sabitlik və sülhə xidmət edər. Əgər siz bu uzadılmış əli rədd etsəniz, əgər İran rejimi gərginləşmə, terror təşkilatlarına davamlı dəstək və hərbi macəralar yolunu seçərsə, cavab qətiyyətli və sürətli olacaq. Rejiminizin xalqımıza və ya müttəfiqlərimizə qarşı təhdidləri qarşısında boş dayanmayacağıq.”

Seyid Əli Xamenei prezident Donald Trampın danışqılara başlamaq tələbini ötən ilin martın sonunda rədd etdikdən sonra İran bir neçə dəfə ABŞ və İsrailin hücumuna məruz qalıb. Bu hücumlar nəticəsində Seyid Əli Xamenei başda olmaqla İranın dini, siyasi və hərbi elitasına daxil olan yüzdən artıq şəxs öldürülüb. İrana bir neçə yüz milyard dollar zərər dəyib. İran bu itgilərin yerini yaxın 30 ildə doldura bilməyəcək.

Bütün bunlardan sonra İran nəhayət ki, Trampın ötən ilin martında göndərdiyi məktubda əksini tapan danışıqlara başlamaq tələbini qəbul edib. Üstəlik, Trampın şərtləri də dəyişməyib. Tramp yenə İranın nüvə proqramının ləğv edilməsində israr edir və əks halda hərbi əməliyyatların başlanacağını bildirir.
Bu zaman çox maraqlı sual yaranır. Əgər İranın Trampın danışıqlara başlamaq tələbini qəbul edəcəkdisə Seyid Əli Xamenei başda olmaqla İranın dini, siyasi və hərbi elitasına daxil olan yüzdən artıq şəxs nəyin naminə öldü?

Bu sual Seyid Müctəba Hüseyni Xameneiyə deyil, İranın qalib gəldiyinə inanan fantaiklərə yönəlib. Hərbi əməliyyatlara fasilə verən və faktiki olarq 60 günlük hüquqi möhlət olan ABŞ və İran arasında Anlaşma Memorandumu ilə bağlı fikirlərimi başqa bir yazıda bölüşəcəm.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Taker Karlson ABŞ və Rusiyaya müharibə elan etdi.

redaktor

“Şiə qardaşlarımız” və digər islamçılar İsraili məğlub edə bilməyib” – Aleksandr Duqin

redaktor

Keçmiş prezidentin oğlu və qardaşı vətənə dönsə, həbs olunacaq – Japarov

redaktor