23 C
Bakı
16 İyun 2026 10:32
İqtisadiyyat

Hesablama Palatası: “Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb”

2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4% kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8% artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9%-ə yüksəldilmişdi.

Tacxeber.com  “Report”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, ötən il qeyri-neft-qaz sektorunda qeydə alınmış 2,7% artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti sektoru isə qeyri-neft-qaz iqtisadiyyatının azalmanın müşahidə edildiyi əsas sahələrdən biri olub.

Palatanın təhlillərinə əsasən, 2022-2025-ci illərdə tikinti sektoru orta hesabla 9,6% artsa da, 2025-ci ildə bu sahədə qeydə alınan geriləmə əvvəlki illərin müsbət dinamikasından fərqlənib.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kredit kartlarındakı çiplər – Onlar təhlükəsizliyi necə qoruyur?

admin

Azərbaycan qazının qiyməti bu il artacaq – PROQNOZ + CƏDVƏL

redaktor

Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? – VİDEO

redaktor