İdman

“Sabah” və Azərbaycan millisinin müdafiəçisini türklər istəyir

“Sabah” və Azərbaycan milli komandasının müdafiəçisi Rəhman Daşdəmirov karyerasını ölkə xaricində davam etdirə bilər.

Daşdəmirov Türkiyə Superliqasında yarışan “Kocaelispor”un diqqətini çəkib.

Superliqa təmsilçisi Azərbaycan millisində və “Sabah”da əsas üzvlərdən olan Rəhman üçün mövsümün sonunda rəsmi təklif irəli sürməyi planlaşdırır.

İzmit klubu hazırda Superliqada 18 komanda arasında 8-ci pillədədir. 27 yaşlı müdafiəçinin “Sabah”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 2023-cü ildə “Şamaxı”dan “Sabah”a keçib. (Sportal.az)

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yerlilər üçün Valdas Dambrauskas, Kurban Berdiyev nümunəsi

admin

Yamalın atası yenə insident törədib

admin

Ribeyro kimi dostu olana düşmən lazım deyil

admin