Növbəti ABŞ/İsrail – İran müharibəsində İranın Azərbaycana növbəti dəfə hücum etmə ehtimalı yüksəkdir. Bu ehtimalı yüksəldən amillər bunlardır:
1. Müctəba Xamineyinin İranin ali hərbi komandanlığına növbəti müharibə vaxtı coğrafi məhdudiyyət qoymamağı əmr etməsi;
2. Azərbaycana İranın hücum etməsinin qarşısını alan əsas iki liderin – Məsud Pezeşkiyan və Yahya Rəhim Səfəvinin qərarvermə instansiyalarından kənarlaşdırılması və onların yerinə anti-Azərbaycan, irqçi, şovinist şəxsləri təyin etməsi. Xamineyi verdiyi əmrlə faktiki olaraq Pezeşkiyanı iqtisadiyyat naziri, Yahya Səfəvini isə özünün hərbi məsələlər üzrə mətbuat katibi təyin edib;
3. Türkiyə-Azərbaycan münasibətlərindəki gərginlik. Azərbaycanın müttəfiqsiz və müdafiəsiz qalma ehtimalı.
Bu üç amil İranın növbəti dəfə Azərbaycana hücum ehtimalını artırır. Hədəf kimi də əsasən neft infrastrukturu ola bilər. Neftin qiymətinin dünya bazarında yüksəlməsi və qlobal iqtisadi böhranın yaranması İranın əsas müdafiə strategiyasıdır.
