DünyaSiyasət

Nüvə radiasiyası Türkiyə və Azərbaycana ciddi ziyan vura bilər

ABŞ taktiki nüvə silahı ilə Natanz AES-ni vurmaq istəyir. Qazma dağının 90 metr dərinliyində saxlanılan nüvə yanacağı İrana taktiki və strateji nüvə silahı hazırlamağa imkanı yaradacaq. Bunun qarşısını almağın iki yolu var. Ya İran nüvə yanacağını 3-cü ölkəyə təhvil verməlidir, ya da həmin stansiya vurulmalıdır.

Konvensional silahlar içərisində o dağı dəlib stansiyaya ciddi ziyan vurub nüvə yanacağını yararsız hala salan biləcək silah yoxdur.
Bunu yalnız taktiki nüvə silahı edə bilər.
Bəs ABŞ taktiki nüvə silahını istifadə edərsə nə olacaq?

Aşağıdakı xəritədə bu saata olan durum göstərilib. Yəni indiki hava şəraiti, küləyin gücü, istiqamətinə əsasən bu dəqiqə atom bombası atılsa bomba düşən yer və İranın Cənub və Şərq hissəsi ziyan görəcək, küləyin sürəti normadan aşağıdır hələ.

Külək Şimal-Qərb istiqamətinə doğru əsərsə və sürəti yüksək olarsa nüvə radiasiyasının Cənub rayonlarımıza, eləcə də Türkiyənin Cənubna və şərqinə ciddi ziyan vurma ehtimalı var.

 

Xəyal Əzizbəyli

Tacxeber.com

Oxşar xəbərlər

“Qulaq as, sənin üçün vaxtımız yoxdur”: Şoyqu Avropanı hibrid müharibə ilə hədələdi

redaktor

İran sərhədə raket yığır? Foto, iddia və Azərbaycanı müharibəyə bağlayan ehtimallar

redaktor

Növbəti U dönüşü

redaktor