27.8 C
Bakı
11 İyun 2026 16:20
CəmiyyətTexnologiya

Deputat Kamal Cəfərovdan süni intellekt idarəçiliyi sahəsində diqqətçəkən təşəbbüs

Son zamanlar müşahidə edirəm ki, millət vəkili Kamal Jafarov – Kamal Cəfərov maraqlı bir təşəbbüslə çıxış edib.

Süni intellekt sahəsində beynəlxalq səviyyədə tanınan AIGP (AI Governance Professional) sertifikatını əldə edən deputat bununla kifayətlənməyərək bu istiqamətdə maarifləndirmə fəaliyyətinə də başlayıb. İcmalarla bununla bağlı görüşlər keçirir. Sosial hesablarında çağırışlar edir.

Düşünürəm ki, hazırkı dövrdə bu, çox diqqətəlayiq və faydalı addımdır.

AIGP dünyada süni intellektin idarə olunması, etik prinsiplər, risklərin qiymətləndirilməsi, uyğunluq mexanizmləri və tənzimlənməsi üzrə ən nüfuzlu peşəkar sertifikatlardan biri hesab olunur.

Yəni bu sertifikat texniki bir Aİ sertifikatı deyil, AIGP hansısa bir GPT modeli, LLM qurmağı öyrətmir.

Bu sertifikatı alan şəxs əsasən Aİ siyasətini hazırlamağı , riskləri qiymətləndirməyi, Aİ idarəçiliyini və AI istifadəsinə nəzarət mexanizmləri formalaşdırmağı öyrənir.

Belə bir təşəbbüs son dövrlər Azərbaycanda süni intellekt istiqamətində atılan addımlar fonunda da xüsusi əhəmiyyət daşıyır. Ölkədə dövlət qurumları ilə beynəlxalq texnologiya şirkətləri arasında əməkdaşlıqlar genişlənir, təhsil və dövlət idarəçiliyi sahəsində yeni süni intellekt layihələri həyata keçirilir.

Superkompüter Mərkəzləri qurulur. Bu sektorun inkişafına destək məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Belə bir mərhələdə AI Governance üzrə bilik və ekspertiza bazasının formalaşdırılması olduqca vacibdir.

Fikrimcə, bu təşəbbüs gələcəkdə süni intellektlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə və kadr hazırlığına da töhfə verə biləcək.

Bununla yanaşı, bir məqamı da diqqətdən qaçırmamaq vacibdir.

Azərbaycan hələ AI infrastrukturu, məlumat ekosistemi, açıq data mühiti və innovasiya imkanları baxımından inkişaf mərhələsindədir. Bu səbəbdən süni intellekt sahəsində tənzimləmə mexanizmləri formalaşdırılarkən balanslı yanaşma, yəni ilk növbədə inkişafa dəstək və paralel olaraq da tənzimləmə vacibdir.

Bəzən təəssüf ki, deputatlarımızın daha çox neqativ müstəvidə təşəbbüsləri və fəaliyyətləri önə çıxır 🙂

Bu baxımdan düşündüm ki, Kamal bəyin belə bir faydalı təşəbbüsünə diqqət yetirmək doğru olardı.

Fikirmcə hər bir önəmli şəxsin sektorun inkişafına bacardığı qədər fayda verməsi çox təqdirəlayiqdir.

Ümumilikdə, bu cür təşəbbüslər ölkədə yeni biliklərin yayılması, Aİ sahəsində peşəkar insan kapitalının formalaşdırılması və rəqəmsal transformasiyanın gücləndirilməsi baxımından dəstəklənməlidir.

Deputat Kamal Cəfərovun bu təşəbbüsünü müsbət qiymətləndirərək, ona uğurlar arzulayır və bu istiqamətdə atılan addımlara dəstəyimizi ifadə edirik.

 

Osman Gündüz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Depressiyadan qurtulmağın SADƏ YOLU TAPILDI

redaktor

“AZZA” ilə bağlı şok hadisə: tortdan görün nə çıxdı, müştəri “haqq” istədi – Gizli yazışma

admin

Savadlı ola bilər, amma əxlaqı yerində deyil – Siyavuş Novruzovdan etiraz

redaktor