27 C
Bakı
11 İyun 2026 19:09
DünyaKriminalSiyasət

Mir Şahinin “araşdırması” yox, manipulyasiyası ifşa olundu

“Tanınmaz hala salınınca döyülmüşdü. Və adını da qoymuşdu ki, guya bu Azərbaycanın sifarişidir. Efir bacısı Osmanqızı (Sevinc) onu tez-tələsik yayıma çıxarmışdı ki, Məhəmməd əminin atasının evi yıxıldı. Əslində nə baş vermişdi? Araşdırmamız zamanı öyrəndik ki, bu uşağın (Məhəmməd Mirzəli) həyat yoldaşı milliyətcə fransa ərəbidir. Beyni qızanda arvadını vəhşicəsinə döyür, qayınları da bunu tapır, yaxşıca əzişdirir, hətta arxasına bıçaqla zərbə də endirirlər…”

Bu “araşdırma” idi.

Yəni ən azı tamaşaçıya belə təqdim olunmuşdu.

İndi isə reallıq:

Fransa məhkəməsi hökm verdi.
8 nəfər həbs olundu.
Hadisənin təşkil olunmuş hücum olduğu sübuta yetirildi.

Və ən ağır nəticə:

məhkəmə bu əməliyyatın arxasında Azərbaycan hakimiyyətinin dayandığı qənaətinə gəldi.

Deməli nə baş verir?

Bir tərəfdə məhkəmə var.
Digər tərəfdə isə efirdə qurulmuş uydurma ssenari.

Bu artıq yanlış analiz deyil.

Bu, tamaşaçıya açıq şəkildə yalan sırımaqdır.

Hadisə baş verən gün cəmiyyətə “ər-arvad davası” kimi təqdim olunan məsələ,
bu gün Avropada siyasi motivli hücum kimi tanınır.

İndi isə məsələ çox sadədir:

Mir Şahin çıxıb deyəcəkmi ki,
xalqa yalan deyib?

Yoxsa yenə əvvəlki kimi
həqiqətin üstünü örtməkdə davam edəcək?

Çünki bu məsələ artıq interpretasiya deyil.

Bu, seçimdir:

ya faktların yanında dayanmaq,
ya da efirdə uydurulan nağılların.

Və ən təhlükəli tərəfi də budur:

əgər bu “araşdırma” idisə,
onda dezinformasiya nədir?

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya “Dojd” televiziyasının baş redaktorunu axtarışa verib.

admin

Azərbaycan, ABŞ və Ermənistan Rusiya və İranı geridə qoyacaq

redaktor

“Pasxa atəşkəsi” bitdi: Ukrayna şəhərləri bombalanır

redaktor