DünyaSiyasət

Tramp İranın nüvə proqramı ilə necə manevr edir

Son bəyanatlarında ABŞ prezidenti Donald Tramp İranla münasibətdə sərt mövqeyini təkrar edir: İran heç vaxt nüvə silahı əldə etməməlidir və buna dair öhdəlik götürməlidir. Bu əslində İrana qarşı maksimum təzyiq siyasətinin davamı kimi görünür. Lakin İranın rəsmi mövqeyinə, uranın zənginləşdirilməsinin texniki reallıqlarına və danışıqların siyasi məntiqinə daha yaxından baxdıqda daha hesablanmış və fərqli bir dinamikanı müşahidə edirik.

Tramp İranı nüvə silahı yaratmağa can atmaqda ittiham edə bilər – ona görə yox ki, İran ABŞ ilə ikitərəfli danışıqlarda bunu gizli etiraf edib, nə də ABŞ-ın bu barədə dəqiq kəşfiyyat məlumatı var. Əksinə, belə bir ittiham siyasi bir aktiv rolunda sonradan qələbə kimi təqdim edilə biləcək güzəştin yaradılmasına xidmət edir.

İranın ardıcıl, lakin şərti inkarı
İllərdir İran rəsmi olaraq nüvə proqramından silah yaratmaq məqsədi ilə istifadə etmək istəyini inkar edir. İslam Respublikası keçmiş ali dini rəhbərin (Ayətullah Xamenei) fitvasına istinad edir ki, bu fitvaya görə nüvə silahının hazırlanması və istifadəsi haramdır (yəni qadağandır). P5+1 qrupu ilə 2015-ci ildəki Nüvə Anlaşmasına (JCPOA) gətirən bütün danışıqlar mərhələlərində və sonrakı ABŞ ilə dolayı danışıqlarda Tehran vurğulayıb ki, onun məqsədi urandan sənayedə və dinc məqsədlər üçün istifadə etməkdir.

Ən əsası, İranın qoruyub saxlamaq üçün mübarizə apardığı məqsədi bomba deyil, uranı zənginləşdirmək hüququdur. Bu silah yaratmaq üçün lazım olan səviyyədə (U-235 izotopunun 90%-dən yuxarı) yox, təxminən 10% və ya daha aşağı səviyyədə zənginləşdirilmiş uran hesab olunur. Buraya tibbi izotoplar, sənaye radiografiyası və tədqiqat reaktorları üçün yanacaq istehsalı üçün kifayət edən bir həddir. Bu, Tehran üçün qırmızı xəttdir: hər hansı yekun razılaşmada nəzarət altında olan səviyyədə zənginləşdirməyə imkan verilməlidir.

İran nüvə bombası yartmağı inkar edirsə, Trampın ittiham nə məqsədə xidmət edir?
Əgər İran artıq nüvə silahı istəmədiyini bəyan edirsə, niyə Tramp Tehranın “nüvə silahı əldə etmək ambisiyasından əl çəkməli” olduğunu tələb edir? Sual məntiqlidir: ya İran ABŞ ilə danışıqçılarında bunun əksini bildirib, ya da ABŞ-nin İranın silah əldə etmək planları barədə dəqiq kəşfiyyat məlumatları var. Lakin üçüncü bir ehtimal da var. Bu da Trampın əməliyyat və razılıq (deal-making) üslubuna daha uyğun olan gedişidir.

Tramp danışıqlar və təzyiq üçün mexanizm yaradır.
Bir lider düşmənini qadağan olunmuş bir arzuya sahib olmaqda təkrar-təkrar ittiham etdikdə və düşmən bunu inkar etdikdə, lider sonradan həmin arzudan rəsmi imtinanı əldə etdiyini əsaslandıra bilər. Bu imtina – hətta İranın faktiki davranışını dəyişməsə belə – diplomatik və siyasi qələbəyə çevrilir. Trampın sonrakı mərhələlərdə bunu elan edəcəyini görə bilərik:
“Mən İrandan nüvə silahı ambisiyalarından əl çəkməsini tələb etdim. Əvvəlcə müqavimət göstərdilər. Lakin indi danışıqlarımızda onlar rəsmən heç vaxt bomba əldə etməyəcəklərinə söz verdilər. Mən qazandım. Amerika və İsrail artıq təhlükəsizdir.”

İttihamdan qələbəyə
Burada dörd mərhələdən ibarət real ssenari qurmaq mümkündür:

1. Danışıqlardan əvvəl i təzyiq – Tramp İranı gözlənilən nüvə silahı dövləti kimi ictimaiyyət qarşısında təqdim edir. O, təkcə bombanın olmamasını deyil, formal öhdəlik tələb edir.

2. İranın müqaviməti – Tehran heç vaxt bomba istəmədiyini vurğulayır və fitvaya istinad edir. Dinc məqsədlər üçün zənginləşdirmə hüququndan imtina etməkdən boyun qaçırır.

3. Qapı arxasında anlaşma – Gizli kanallar vasitəsilə bir formul tapılır: İran fitva əsaslı nüvə silahı qadağasını bağlayıcı beynəlxalq sənəddə (məsələn, yeni saziş və ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi) təsdiq edir. Müqabilində ABŞ İranın ciddi Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) nəzarəti altında aşağı faizlərdə (məsələn, 10%) zənginləşdirmə hüququnu tanıyır.

4. Tramp qələbə elan edir – O, sərt mövqeyinin İranı “nüvə silahı ambisiyalarından geri çəkilməyə” məcbur etdiyini bəyan edir. İranın heç vaxt belə bir ambisiyasının olmaması əhəmiyyətsizləşir. Güzəşt görüntüsü mükafatdır.
Bu mərhələdən sonra danışıqlar prosesi rəsmən başlayır və daha geniş gərginliklər, istər iqtisadi müharibə, istər kölgə toqquşmaları, istərsə də hərbi hücum təhdidləri azalır.

“Müharibə” İranın nüvə silahında əl çəkməsi səbəbindən deyil, Trampın kağız üzərində siyasi təslimiyyət əldə etməsinə görə bitir.

Realist nöqteyi-nəzərdən bu Trampın klassik razılıq əldə etmək üsuludur. O, keçmişdə dəfələrlə maksimalist ittihamlardan (“Çin valyuta manipulyatorudur”, “Meksika divarın pulunu ödəyəcək”) danışıqlarda yer açmaq üçün istifadə edib. Qarşı tərəf itaət kimi qələmə verilə biləcək bir addım atdıqda, o, qələbə elan edir və irəli keçir.

İran üçün risk ondadır ki, nüvə silahından imtina mövqeyini təkrar təsdiq etmək Amerika tərəfindən yeni bir güzəşt kimi təqdim edilə bilər. Lakin mükafat da eyni dərəcədə aydındır: zənginləşdirmənin faydalı səviyyədə saxlanması, sanksiyaların yüngülləşdirilməsi və hazırkı gərginlik dövrünün sona çatması. İran liderləri əgər faktiki razılaşmanın şərtləri onların ilkin mövqeyinə uyğun gələrsə Trampın açıqlamalarında “məğlub” rolu oynamağı səssizcə qəbul edə bilərlər .

Bu halda , biz İranın gizli silah proqramını etiraf etməsini gözləməməliyik. Nə də ABŞ-ın İranın mövqeyini dəyişdiyini göstərən məxfilikdən çıxarılmış kəşfiyyatı. Bunun əvəzində iki məsələyə diqqət yetirilməlidir:
– Birgə bəyanat – İran uzun müddətdir bəyan etdiyi fitvanı təkrar edir, Tramp isə “İran indi ilk dəfə olaraq nüvə silahından rəsmi imtina edib” deyə bəyanat verir.
– Texniki əlavə – İran öz növbəsində tibbi və sənaye məqsədləri üçün 10%-ə qədər zənginləşdirməyə icazə verən şərtini təsdiq etdirir.
Bu mənada Trampın ittihamları danışıqların davam etdirilməəsinə istiqamətlənmiş bəyanatlardır.

Əsl mükafatın isə nüvə silahından əl çəkmə,silahsızlanma (buna zərurət yox idi) deyil, danışıqlardır. Bu danışıqlar müharibəni bitirirsə, tərəflərdən hər biri özünü qalib hesab edə bilər.

 

Alimusa İbrahimov

Tacxeber.com

Oxşar xəbərlər

BMT Baş Assambleyasında Ermənistanın yalanları və saxtakarlığı ifşa edildi

redaktor

Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib – Bakı təhsilində şok

redaktor

Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi tətbiq edilsin – Estoniya XİN

redaktor