DünyaSiyasət

Hörmüz böhranı böyüyür: Trampın sanksiya qərarına İran Küveytdəki ABŞ bazasını vurmaqla cavab verdi

Dünən Tramp İranın Hörmüz boğazını əvvəlki statusuna qaytaracağı barədə post yazdı. Əks halda, həmişəki kimi, hədələdi. Ondan sonra maliyyə naziri Bessent bildirdi ki, İranın yeni yaratdığı Fars Körfəzi Boğazı İdarəsinə (PGSA), həmçinin ona hər hansı ad altında və ya formada boğazdan keçid haqqı köçürən şirkətlərə qarşı sanksiyalar tətbiq edir və fəxrlə əlavə etdi ki, bu sanksiyalar çərçivəsində artıq İranın gizli hesablarından $1 milyardlıq kriptovalyuta mənimsəyiblər.

Günün sonunda PGSA aşağıdakı bəyanatı yaydı:

“Hörmüz boğazına döyüş meydanında və diplomatiya yolu ilə əldə edə bilmədiyiniz nəzarəti sanksiyalar yolu ilə də əldə edilməyəcəksiniz.

ABŞ Maliyyə Nazirliyi bu yaxınlarda PGSA-ya qarşı sanksiyalar elan etdi. PGSA prezidenti dəniz quldurluğu ilə öyünən bir ölkənin orqanının ona qarşı sanksiyalar tətbiq etməsini müsbət fəaliyyətinin əlaməti hesab edir.

Fars körfəzi və Oman körfəzi sularında ABŞ-ın təxribatçı hərəkətlərinə baxmayaraq, İdarə naviqasiyanı asanlaşdırmaq məqsədilə neytral gəmilər üçün fasiləsiz rejimdə müraciətlərin baxılmasına və keçid icazələrinin verilməsinə davam edir. PGSA-nın fəaliyyətinin ilk ayı üçün statistika tezliklə dərc olunacaq.”

Gecə isə İran Küveytin ABŞ tərəfindən də istifadə edilən Əli əl-Salem aviabazasına raket zərbəsi endirdi. ABŞ-ın məlumatına görə, guya raket vurulub, lakin onun qırıntıları bir MQ-9 Reaper PUA-sını məhv edib, digərinə isə ciddi ziyan vurub. 5 ABŞ hərbi qulluqçusu və mülki podratçı da yaralanıb. Qırıntının ziyanı raketdən çox olub ki!

SEPAH bu hücumu ABŞ-ın bir gün əvvəl İranın cənubundakı Bəndər Abbas hava limanına endirdiyi zərbələrə cavab adlandırıb.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

İnsan alverçiləri Rusiyaya döyüşçü ixrac edir – Hindistanlının faciəli sonu

admin

Gömrükdə qalmaqal: Eşşək penislərinin ixracı dayandırıldı.

admin

Ermənilər o qədər pul xərclədi, ədalət Azərbaycandan yana oldu – Korotçenko

redaktor