CəmiyyətDinGündəm

Qorxan Sabir oldu, döyülən Şirvani…

Baxıb, müşahidə edirsən, bizim Azərbaycanda 10% halal ruhlu, Allahını tanıyan, dininə hörmət edən, səmimi vicdanlı inanclımız olar, çox olsa.

Qalan hamısı ya mənfəət güdən din alverçiləri, ya da Ərəb, İran tərəfdən ölkəyə yeridilən qoçu, yobaz tipli cərəyanla yetişən dinçi radikallardır.

Atlarını da, hökumət, hüquq mühafizə orqanı ya adi “uçaskovıy” qarşısında belə, cınqırını çıxara bilməyib, gizlənməyə dalan axtarıb, cəmiyyətin, sıravi xalqın meydanında, üzərində oynadırlar!

İndi, bu yazıx, zəif cələfsiz Çevikdən yapışdılar ki, denən “Allah var!”. O da zəif uşaq da olsa, öz fikri, mövqeyi olandır, dsxili inadla dedi “Yoxdu”.

Bu, qoçu dindar vətən radikalları da qəzəblənib, yığışıb qərar verib, təşkil edib, sui-qəsdlə Çeviki şil-küt edib, xəstəxanalıq etdilər, S. Ə. Şirvanini.

İndi, bir tərəfdən işi polis, istintaq araşdırır, bir tərəfdənsə, tutulan silahdaşlarına bəraət üçün bu vətən radikalları düşüb ortaya, hər tərəfdən Çeviki xarab, axmaq, “vətən xaini”, medallarını və vətən müharibə iştirakçılığını saxta çıxarıb, millətin, bəlkə hökumətin də gözündən salma kampaniyası aparırlar, bəzi ziyalıları işə qatıb.

Yuyulumuş qafaları ilə, anlaya bilmirlər, ortada vətəndaşı əvvəlcədən hazırlıqla, qrup şəklində və ictimai yerdə qəddarcasına döymə cinayət əməli var, CM-nin konktet maddələrinə düşən. Və bu maddələr Çeviki gecə-gündüz, kanallar, sosial şəbəkələrdə, pis, xarab çıxarmaqla heç dəyişmir, yuyulub getmir ki, bəzi beyinlər kimi..

P S.
Yeri gəlmişkən, Qəbələ rayon polis, prokuroru neçə gündür icraatındakı bu araşdırma haqda nəsə təkidlə susur, açıqlama vermir CM hansı maddələri üzrə iş aparılır, əməl tövsif olunub?Yəqin hələ də fikirdə, götür-qoy, seçimdədirlər. İşlə bağlı millət qırğında, Qəbələ HMO səssiz.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir?

redaktor

Həbsxanalar siyasi rəqiblərlə doldurulmamalıdır

redaktor

Erməni məhsulları üçün darıxanlara

redaktor