CəmiyyətGündəmSağlamlıq

Azər Əhmədov vəzifəsindən azad olundu

TƏBİB-ə yeni rəhbərlik gələndə hamımız sevindik ki, səhiyyədə yeni nəfəs, yeni yanaşma olacaq. Amma görünən odur ki, hər gələn “öz komandamı qururam” adı ilə peşəkar kadrları kənarlaşdırır.

Azər Əhmədov kimi peşəkarlar Azərbaycanda neçə nəfərdir? Öz zəhməti, biliyi ilə Türkiyədə təhsil alıb, orada qalmaq imkanı olduğu halda ölkəsinə qayıdan, Pediatriya İnstitutunun inkişafı üçün çalışan bir insanı vəzifədən uzaqlaşdırmaq hansı məntiqə sığır?

Azər Əhmədov illərlə topladığı bilik və təcrübə ilə institutda yeni texnologiyaların, müasir tibbi yanaşmaların tətbiqinə töhfə verib. Belə insanları qorumaq əvəzinə, onları sistemdən uzaqlaşdırmaq səhiyyənin inkişafına zərbədir.

Mən cənab Prezidentin köməkçisi və TƏBİB-ə nəzarət edən şuranın rəhbəri Xalid Əhmədova müraciət edirəm: Xahiş edirik, rəhbər vəzifəyə gətirdiyiniz şəxsə tapşırın ki, “öz adamlarımı yerləşdirirəm” düşüncəsi ilə peşəkar kadrları sıradan çıxarmasınlar.

Azərbaycanın müasir pediatriyasının qurucusunu “başqasının adamı” damğası ilə ləkələmək olmaz! Bu ölkənin savadlı, vicdanlı mütəxəssislərinə sahib çıxmaq lazımdır. Biz cəmiyyət olaraq buna susmayacağıq. Savadlı kadrlarımızı qorumaq hamımızın borcudur.

 

Qənirə Ataş

Tacxeber.com

Oxşar xəbərlər

13 il əvvəl 27 milyon dollara alınan “London taksi”ləri yenidən xəttə buraxılır? – AÇIQLAMA

admin

“Belə halda meyvə xərçəng xəstəliyi yaradır, 1 saat sirkəli suda saxlayın”-EKOLOQDAN həyəcan təbili-ÖZƏL+FOTO

redaktor

Mæhkæmædæ “zərərçəkən” hədə-qorxu iddiasına sübutunun olmadığını deyib

admin